5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Zelenskini faydalı qazıntılarla bağlı razılaşmanı pozmaqda ittiham edib

5 Aprel 2025 19:01
ABŞ Zelenskini faydalı qazıntılarla bağlı razılaşmanı pozmaqda ittiham edib

BAKI, AzerVoice

ABŞ Ukrayna prezidenti Volodimir Zelenskini faydalı qazıntılarla bağlı razılaşmanı pozmaqda ittiham edib.

AzerVoice xəbər verir ki, bu haqda ABŞ-ın maliyyə naziri Skott Bessent jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.

"Razılaşma üçün hər şey hazır idi, amma nəticədə heç nə imzalanmadı", - deyə Bessent qeyd edib.

Qeyd edək ki, fevralın 28-də Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə baş verən mübahisə nəticəsində mətbuat konfransı ləğv edilmişdi, ABŞ və Ukrayna arasında Faydalı qazıntılarla bağlı saziş isə imzalanmamışdı.

Martın 27-də isə Kiyev Vaşinqtondan sənədin yeni versiyasını aldığını açıqlayıb. Yeni versiyadakı şərtlər əvvəlkindən daha sərt olub. Sənədə görə Kiyev ABŞ-dan aldığı 120 milyard dollardan çox yardımı kompensasiya etməli, bərpa üçün yaradılacaq investisiya fondunun idarəsi ABŞ-ın nəzarətinə keçməlidir. Həmin fonda isə Kiyevin faydalı qazıntıların hasilatından əldə etdiyi rüsum və rüntə gəlirlərindən ödənişlər daxil olacaq.

Bundan sonra Ukrayna rəsmiləri bildirmişdilər ki, sazişlə bağlı mövqeləri üzərində işləyirlər. Zelenski isə Vaşinqtonun şərtləri dəyişdirməsindən şikayətlənib. Lakin Tramp bildirib ki, əgər Zelenski razılaşmadan geri çəkilməyə çalışsa, onu böyük problemlər gözləyir.

Məqalədə: #ABŞ #Ukrayna #Kiyev #Volodimir Zelenski #Ağ Ev #Vaşinqton #ABŞ Maliyyə Nazirliyi #Skott Bessent #Faydalı qazıntılar sazişi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.