13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İslam hərbi ittifaqı yaradılmalıdır– Dünya Müsəlman Alimləri

8 Aprel 2025 09:55
İslam hərbi ittifaqı yaradılmalıdır– Dünya Müsəlman Alimləri

BAKI, AzerVoice

Dünya Müsəlman Alimləri Birliyi cihad fətvasını dəstəkləyərək, Rəfah qapısına yürüş və səfirliklərin mühasirəyə alınması çağırısı edib.

AzerVoice xəbər verir ki, Dünya Müsəlman Alimləri Birliyinin Qəzzada baş verən hücumların qarşısını almaq üçün verdiyi “silahlı cihad vacibdir” fətvası müxtəlif ölkələrdəki tanınmış din xadimləri tərəfindən də dəstəklənib.

Alimlər İslam dünyasını hərəkətə keçməyə, səfirlikləri mühasirəyə almağa və Rəfah Sərhəd Qapısına yürüş etməyə çağırıblar.

Birliyin üzvü, misirli Şeyx Məhəmməd əl-Sağir Misir xalqına və gənclərə müraciət edərək, Qəzzaya yardım üçün Rəfah keçidinin açılması tələbi ilə sərhədə doğru yürüş etməyə səsləyib. O, həmçinin İordaniya və Suriyada da təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

Mavritaniyada isə ilk aksiyalar keçirilib – ABŞ səfirliyi qarşısında toplaşan nümayişçilər səfirliyi mühasirəyə alaraq, İsrailə qarşı cihad çağırışı ediblər.

Dünya Müsəlman Alimləri Birliyinin vitse-prezidenti İsam Bəşir isə Qəzzədəki soyqırıma son qoymaq üçün bütün müsəlmanları səfərbər olmağa çağıraraq, “Hər ölkədə səfirliklərə təzyiq göstərilməli, aksiyalar davamlı olmalıdır. Bu, dini və vicdani borcumuzdur” - deyə bildirib.

Alimlər, həmçinin fəaliyyətlər, boykotlar və aksiyalarla “cihad bayrağının” qaldırılmasını vacib hesab edirlər. Doktor Nevvaf Tekruri isə Qəzzəni "zülmə qarşı mübarizənin paytaxtı" adlandıraraq, “Cihadın şərəfli yolundan geri çəkilməyin” deyə çağırış edib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən etibarən Qəzzada davam edən münaqişə nəticəsində minlərlə insan həyatını itirib, beynəlxalq ictimaiyyətin səssizliyinə qarşı İslam dünyasında cihad çağırışları daha da güclənməkdədir.

Məqalədə: #Qəzza zolağı #Dünya Müsəlman Alimlər Birliyi #Rəfah sərhəd qapısı #Qəzzada humanitar böhran #Cihad fətvası #İslam dünyası

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.