Bakı. AzerVoice:
Papua Yeni Qvineyada torpaq sürüşməsində 600-dən çox adam ölüb.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.
Təşkilatın Papua Yeni Qvineya rəhbəri Serhan Aktoprak, torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 100-dən 670-ə yüksəldiyini açıqlayıb.
"Hazırda 670-dən çox insanın yerin altında olduğu təxmin edilir. Yerli hakimiyyət orqanları təbii fəlakətin baş verdiyi cümə günü ölənlərin sayının 100 və ya daha çox olduğunu bildirmişdilər.” – deyə o vurğulayıb.
Hafiz Rufizoğlu