4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailə qarşı istintaq başladan keçmiş Baş Prokuror təhdid edilib

29 May 2024 17:29
İsrailə qarşı istintaq başladan keçmiş Baş Prokuror təhdid edilib

Bakı. AzerVoice:

Mossadın İsrailə qarşı istintaq başlatan keçmiş Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokurorunu təhdid etdiyi iddia edilir.

AzerVoice İngiltərənin “The Guardian” qəzetində çıxan xəbərə istinadən bildirir ki, İsrail kəşfiyyat idarəsi Mossad-ın keçmiş rəhbəri Yossi Koenin Beynəlxalq Cinayət Məhkəməsində (ICC) İsrailə qarşı başladılan istintaqdan əvvəl keçmiş ICC baş prokuroru ilə gizli görüşlər keçirdiyi və istintaqın ləğv edilməsi üçün onu hədələdiyi iddia edilir.

2012-2021-ci illər arasında Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru vəzifəsində çalışan Fatou Bensouda, İsrailin 2021-ci ildə Fələstin torpaqlarında müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətdiyi tələbi ilə istintaq başladıb.

Mossad-ın o zamankı rəhbəri Yossi Koen, ilkin hazırlıqları 2016-cı ildə başlayan bu istintaqın İsrail hərbçiləri üçün təhlükə yaradacağını bildirərək Bensouda təzyiq göstərməyə başlayıb.

İsrail mənbələri burada məqsədin Bensouda ilə uzlaşmaq və ya onu İsrailin tələbləri ilə razılaşıb əməkdaşlıq edəcək birinə çevirmək olduğunu bildirir. Həmçinin, Koenin İsrailin baş naziri Binyamin Netanyahunun qeyri-rəsmi elçisi kimi çalışdığı da qeyd edilir.

Koenin Bensouda-a qarşı "israrlı və təhdidkar münasibətini" ICC-nin bəzi aparıcı məmurları ilə yanaşı dörd fərqli mənbə də təsdiqləyir.

ICC mənbələri, Cohen Bensouda-ya "Siz bizə kömək etməlisiniz ki, sizinin qeydinizə qala bilək. Yəqin ki, özünüzün və ailənizin təhlükəsizliyini təhdid edəcək işlərə qarışmaq istəmərsiniz" dediyini iddia edir.

İki fərqli mənbəyə görə, Mossad Bensudanın həyat yoldaşına aid bəzi gizli materialları da ələ keçirib. Mənbələr İsrailin sonradan bu materiallardan Bensudanı gözdən salmaq üçün istifadə etdiyini iddia edib.

Bensouda 2019-cu ilin dekabrında Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsdə iddia edilən hərbi cinayətlərə dair hərtərəfli cinayət təhqiqatına başlamaq üçün əsaslarının olduğunu bildirmişdi.

Həmçinin, görünməmiş bir qərarla Tramp administrasiyası 2019-2020-ci illərdə baş prokuror Bensoudaya viza məhdudiyyətləri və sanksiyalar tətbiq edib. Bunun Bensoudanın Əfqanıstanda Talibanla həm əfqan, həm də ABŞ hərbçiləri tərəfindən törədilmiş hərbi cinayətlər üzrə ayrı bir təhqiqat aparmasına cavab olaraq ediliyi bildirilir.

İsrailə qarşı istintaq başladan keçmiş Baş Prokuror təhdid edilib
Məqalədə: #İsrail #MOSSAD #ICC #Yossi KoeN

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59

Son Xəbərlər

Misir funtu dollar qarşısında həftəni 51 funt səviyyəsində başa vurub
Misir funtu dollar qarşısında həftəni 51 funt səviyyəsində başa vurub
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.