10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistanda keçirilən seçkilərdə Modinin rəhbərlik etdiyi alyans qalib gəlib

5 İyun 2024 12:13
Hindistanda keçirilən seçkilərdə Modinin rəhbərlik etdiyi alyans qalib gəlib

Bakı. AzerVoice:

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyasının (“Bharatiya Janata” parti) liderlik etdiyi Milli Demokratik Alyansı (NDA) qalib gəlib

AzerVoice xəbər verir ki, seçicilərin sayının təxminən 970 milyon olduğu ölkədə altı həftə davam edən və yeddi mərhələdən ibarət ümumi seçkilər keçirilmişdir. Federal parlamentin aşağı palatası olan Xalq Məclisinin (Lok Sabha) üzvlərini müəyyən etmək üçün keçirilən seçkilərdə Hindistanın Baş naziri Modinin rəhbərlik etdiyi BJP-nin liderliyi ilə qurulan NDA qalib olmuşdur.

Hindistan mətbuatında yer alan məlumatlara görə, çoxpartiyalı parlament demokratiyası ilə idarə olunan Hindistanda NDA parlamentin Xalq Məclisi qanadındakı 543 yerdən 295-ni qazanıb.

NDA 2019-cu il seçkilərində 353, 2014-cü il seçkilərində isə 336 yer qazanmışdı. Modi builki seçki kampaniyası zamanı NDA-nın 400 yeri keçəcəyini proqnozlaşdırmışdı.

Modinin partiyası BJP 2019-cu il ümumi seçkilərində 303 yer qazansa da, bu seçkilərdə mandatlarının sayı 240-a düşdü. Seçkilərdə gözləniləndən aşağı fərqlə qalib gəlsə də, Modi çıxışında “Bugünkü qələbə dünyanın ən böyük demokratiyasının qələbəsidir” deyib.

Hindistan Milli Konqresi Partiyasının (INC) rəhbərliyi ilə yaradılan və 30-dan çox müxalifət partiyasının daxil olduğu Hindistan Milli İnkişaf Kompleks Alyansı (INDIA) sorğulardakı təxminlərdən xeyli yüksək səs toplayıb.

INDIA alyansı Xalq Məclisi qanadındakı 543 yerdən 231-ni qazanıb.

Müxalifət alyansının lideri və əsas müxalifətdə olan Milli Konqres Partiyası 2019-cu il ümumi seçkilərində 52 mandat qazandığı halda, bu seçkilərdə mandatların sayını demək olar ki, iki dəfə artıraraq 99 mandatın sahibi olub.

Hindistanda bir partiya və ya koalisiyanın hökumət qura bilməsi üçün Xalq Məclisində 543 yerdən 272-yə sahib olması lazımdır.

Əhalisi 1,4 milyarddan çox olan ölkədə təxminən 970 milyon seçici var. Seçkilərdə iştirak nisbəti 2014-cü ildə 66,4 faiz, 2019-cu ildə isə 67,4 faiz olduğu halda, bu seçkidə təxminən 640 milyon insan səs verib.

Hindistanda keçirilən seçkilərdə Modinin rəhbərlik etdiyi alyans qalib gəlib
Məqalədə: #Hindistan #Narendra Modi #seçki

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.