5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Türkiyə İranla sərhədlərinin təhlükəsizliyi üçün İraqla əməkdaşlıq edəcək

25 İyun 2024 16:03
Türkiyə İranla sərhədlərinin təhlükəsizliyi üçün İraqla əməkdaşlıq edəcək

Bakı, VOA

İraq Daxili İşlər Nazirliyi İran və Türkiyə sərhədlərinin təhlükəsizliyini daha yaxşı təmin etmək üçün 8 mərhələdən ibarət fəaliyyət planları və üsulları tətbiq edəcəyini açıqlayıb.

VOA xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin Sərhəd Qüvvələri komandanı Məhəmməd əs-Sidi İraqın rəsmi xəbər agentliyi olan İNA-ya verdiyi açıqlamada deyib.

Ən uzun sərhədin İranla 1493 kilometr olduğunu bildirən əs-Siedi İran sərhədindəki Xanaqin rayonu ilə Pencevin qəsəbəsi arasındakı 300 kilometrlik məsafənin təhlükəsizliyini ən yaxşı şəkildə təmin etməyə başladıqlarını qeyd edib.

İraqın Türkiyə və İranla sərhədlərinin təhlükəsizliyini yaxşılaşdırmaq üçün Türkiyə ilə 2, İranla isə 6 mərhələdən ibarət bir plan və üsul təyin etdiklərini əlavə edib.

1980-ci illərdən bəri bu bölgədə qadağan olunmuş silahlı ünsürlərin (PKK) olduğunu bildirən Siedi, bu silahlı ünsürlərin ərazidəki nəzarətini zəiflətmək üçün çalışdıqlarını bildirib.

Siedi Türkiyə ilə 362 kilometr çətin, dağlıq və sərt sərhədin olduğunu və ilin təxminən yarısının qarla örtüldüyünü bildirib.
Tarix boyu İraq və Türkiyə arasında sərhəd məntəqələrinin olmamasının bölgədə bəzi qeyri-qanuni silahlı qruplaşmaların ortaya çıxmasına səbəb olduğuna diqqət çəkən Siedi, "Biz Türkiyə ilə iki mərhələli fəaliyyətə başlamışıq. Birincisi, sərhədin təhlükəsizliyini təmin etmək üçün iki tərəf arasında ortaq koordinasiya mərkəzi yaradılacaq. İkincisi, iki ölkə arasında sərhəd zastavaları tikiləcək"- deyə o əlavə edib.

Duhok və Ərbil şəhərlərinin Türkiyə ilə sərhəd xəttlərində təxminən 27 sərhəd dirəyi tikilməsi üçün göstəriş verildiyini əlavə edən Siedi, bu irəlləyişin iki ölkə üçün çox əhəmiyyətli olduğunu söyləyib.

Həmçinin, Siedi İraq sərhədində Türkiyə üçün təhlükə yaradan ünsürlərin olmaması üçün ciddi səy göstərdiklərini vurğulayıb.

Türkiyə İranla sərhədlərinin təhlükəsizliyi üçün İraqla əməkdaşlıq edəcək
Məqalədə: #Türkiyə #İran #İraq

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

19:54

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.