4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Sıralarımızı sıxlaşdırmalı, imkanlarımızı ortaq rifahımız üçün istifadə etməliyik - Hakan Fidan

6 İyul 2024 15:53
Sıralarımızı sıxlaşdırmalı, imkanlarımızı ortaq rifahımız üçün istifadə etməliyik - Hakan Fidan

Bakı, VOA

Qlobal güc rəqabətinin coğrafiyamıza sirayət etməsinin qarşısını almaq üçün sıralarımızı sıxlaşdırmalı, imkanlarımızı ortaq rifahımız üçün istifadə etməliyik.

VOA xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazir Hakan Fidan Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında çıxışı zamanı deyib.

Türk Dünyasının beynəlxalq siyasətin maraq mərkəzlərindən birinə çevrildiyini bildirən Fidan, "Qlobal güc rəqabətinin coğrafiyamıza sirayət etməsinin qarşısını almaq üçün sıralarımızı sıxlaşdırmalı, imkanlarımızı ortaq rifahımız üçün istifadə etməliyik. Bu qayə ilə regional sahiblik və regional əməkdaşlıq bizim birgə işimizin iki əsas prinsipini təşkil edir”- qeyd edib.

Fidan, "müvazinətini itirmiş" mövcud dünya nizamında nüfuzlu bir platforma kimi varlığını göstərən TDT-nin əlaqələrin daha da gücləndirilməsi üçün mühüm imkanlar olduğuna diqqət çəkib.

Maarifləndirici fəaliyyətlərin və gənclərlə bağlı layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan Fidan, “Əlifba birliyimizi ən qısa zamanda təsis etməliyik” -deyə bildirib.

Fidan, dünyanın fərqli yerlərində yaşayan türk azınlıqları məsələsinə də toxunaraq, “Balkanlarda, Şərqi Avropada, Yaxın Şərqdə, Əfqanıstanda və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın öz milli kimliklərini qoruyub saxlamalarına kömək etməyimiz bizim tariximiz qarşısındaki məsuliyyətimizdir”- deyə əlavə edib.

Türk Dünyasının Qəzzada baş verən insanlıq faciəsinə arxa çevirə bilməyəcəyini deyən Fidan, “İsrailin 7 Oktyabrdan (2023) bəri Fələstinli qardaşlarımıza qarşı hücumları beynəlxalq hüququ hər baxımdan pozur. Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) Cənubi Afrika tərəfindən İsrailə qarşı qaldırılmış Soyqırımı Davası ilə bağlı verəcəyi qərarla İsrail-Fələstin probleminin gecikmiş həllinə hüquqi töhvə verə bilmə imkanına yaranır.

“TDT-nin bütün üzvlərinin ICJ-in İsrailə qarşı soyqırım işini dəstəkləməsini görmək istərdik” deyən Fidan, Fələstin məsələsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi qarşısında aparılan prosesi də yaxından izlədiklərini qeyd edib.

Onun sözlərinə görə, ICJ-nin İsrailin işğal etdiyi Fələstin ərazilərindəki qeyri-qanuni fəaliyyətləri ilə bağlı verəcəyi rəy də Fələstin məsələsinə əhəmiyyətli hüquqi töhfə vermiş olacaqdır.

Məqalədə: #Qəzza #Fələstin #Hakan Fidan #Türk dünyası

Mövzu üzrə digər xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59
İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu
Yaxın Şərq

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

2 Sentyabr 19:15
Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin
Fələstin

Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

2 Sentyabr 18:35

Son Xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
14:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.