5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ICESCO Qərbdə “Quran”a münasibət mövzusunda seminar keçirib

10 İyul 2024 15:56
ICESCO Qərbdə “Quran”a münasibət mövzusunda seminar keçirib

Bakı, AzerVoice

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Rabatda "Qərb və "Quran": Gələcəyə doğru rasional yanaşma" mövzusunda ilk beynəlxalq seminar keçirib.

AzerVoice təşkilatın saytına istinadən xəbər verir ki, seminar Almaniya Dialoq və Anlaşma İnstitutu ilə birgə təşkil edilib. Tədbirdə yüksəksəviyyəli beynəlxalq ictimai-siyasi xadimlər, Mərakeş Krallığında akkreditə olunmuş səfirlər, islamşünaslıq və dinlərarası dialoq üzrə ekspertlər iştirak ediblər.

Seminar "Qurani-Kərim"dən ayələrin oxunması ilə açılıb. Sonra ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin rəhbəri, səfir Xalid Fətəhəlrəhman seminarın mövzusunun dünya müsəlmanları üçün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, tədbirin müxtəlif sessiyalarında ərəb və islamşünaslıq, eləcə də dinlərarası dialoq üzrə seçilmiş ekspertlər və alimlər qrupunun zəngin töhfələri olacaq.

ICESCO-nun Baş direktoru Salim Əl-Malik "Quran"ın insana olan dərin təsirini vurğulayaraq, onu öz ardıcıllarının xarakterlərinin və başqalarına münasibətin formalaşmasında ən təsirli kitab kimi xarakterizə edib. O vurğulayıb ki, seminarın mövzusu bəşəriyyətin rifahını təşviq etmək və təhlükəsizliyi, sülhü, birgəyaşayışı gücləndirmək kontekstində seçilib.

Əl-Malik bildirib ki, seminarda bütün Qərb sivilizasiyası irsinin və onun qlobal insan münasibətlərindəki təzahürlərinin "Quran"la münasibətlərdə geostrateji xüsusiyyətləri də müzakirə ediləcək. Bundan əlavə, Baş direktor bildirib ki, "Quran"ın bəlağətinin təbiətə və insan psixikasına möcüzəvi güclü təsiri haqqında müxtəlif şərqşünasların intellektual baxışları da təqdim olunacaq.

Baş direktor, həmçinin "Qurani-Kərim"ə qarşı böhtan kampaniyaları əleyhinə rasional yanaşmanın ən optimal yol olduğunu vurğulayıb. O, əlavə edib ki, bu yanaşma müqəddəs dəyərlərə hörmətlə yanaşmaqdan və ifadə azadlığı prinsiplərini qoruyub saxlamaqla başqalarının hüquqlarını təmin etməkdən ibarətdir. Əl-Malik təşkilata üzv dövlətlərdəki Milli Komissiyalardan bir neçə təklif aldıqdan sonra seminarın işinə uğurlar arzulayıb.

ICESCO Qərbdə “Quran”a münasibət mövzusunda seminar keçirib
Məqalədə: #Almaniya #İCESCO #Rabat

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31
Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful
Digər Dövlətlər

Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

24 Avqust 14:23

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.