10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa ölkələri Avropa İttifaqı qaydalarını pozaraq İsrailə silah göndərir

11 İyul 2024 17:18
Avropa ölkələri Avropa İttifaqı qaydalarını pozaraq İsrailə silah göndərir

Bakı, AzerVoice

İsrailə silah və digər hərbi texnika dəstəyi verən Avropa İttifaqı ölkələri Aİ və beynəlxalq hüquq qaydalarına, xüsusilə də Avropa Şurasının 2008-ci il Ümumi Mövqe Sənədinə zidd hərəkət edir.

AzerVoice xəbər verir ki, Aİ-nın silah ixracı ilə bağlı İttifaq səviyyəsində ən mühüm hüququ norma olaraq görülən Aİ-nin Ümumi Mövqe Sənədi “insan hüquqlarına hörmət və regional sülh, təhlükəsizlik və sabitlik” meyarlarını vurğulasa da, üzv dövlətlər öz siyasi və iqtisadi maraqlarına uyğun hərəkət edərək Ümumi Mövqe Sənədindəki qaydaları diqqətə almırlar.

İsrailə silah ticarətini dayandırmaq üçün üzv dövlətlərin yerli məhkəmələrində açılan işlərdə qanuni qüvvəyə malik Ortaq Mövqe Sənədinə istinad edilsə də, görünən odur ki, üzv dövlətlər İsrailə göndərdikləri silahlarla bağlı bütün məlumatları paylaşmaqdan çəkinirlər.

1998-ci ildə Aİ Davranış Kodeksi şəklində elan edilən və 2008-ci ildə Aİ Şurası tərəfindən Ümumi Mövqe Sənədinə çevrilən qaydalar Aİ-nin silah ixracı ilə bağlı İttifaq səviyyəsində hüquqi cəhətdən məcburi ən mühüm sənəd hesab olunur.

Birgə Mövqe Sənədinin ikinci maddəsindəki səkkiz meyardan ikincisi, “ixrac ediləcək hərbi texnologiya və ya texnikanın ciddi şəkildə beynəlxalq humanitar normaların pozulmasında istifadə oluna bilməsi ilə bağlı açıq-aşkar risk olduqda", üzv dövlətlərin ixrac lisenziyasını rədd etmələrini nəzərdə tutur.

Ümumi Mövqe Sənədi üzv ölkələrə silah ticarəti ilə bağlı məlumatları digər üzvlər və Aİ Şurası ilə mütəmadi olaraq paylaşmağı əmr etsə də, ölkələrin silah ticarəti ilə bağlı məlumatları özündə əks etdirən 22 fevral 2024-cü il tarixli "Şuranın Ümumi Mövqe İyirmi Beşinci İllik Hesabatı"nda, 2023 və 2024-cü illərdəki silah ixracı ilə bağlı məlumatların olmaması diqqət çəkir.

Aİ məlumatlarına görə, 2013-2022-ci illər arasında İsrailin ən böyük Avropa silah tədarükçüsü Almaniya, ardından Fransa, Rumıniya, İspaniya, Çexiya, Bolqarıstan, Belçika, İtaliya, Polşa və Slovakiya olub.

Avropa ölkələri Avropa İttifaqı qaydalarını pozaraq İsrailə silah göndərir
Məqalədə: #İsrail #Fələstin #Avropa İttifaqı (Aİ)

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.