5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İngiltərədə baş verən iğtişaşlarda terrorizm əməli araşdırılacaq

7 Avqust 2024 15:12
İngiltərədə baş verən iğtişaşlarda terrorizm əməli araşdırılacaq

Bakı, AzerVoice

İngiltərədə zorakılıq aktlarında iştirak edən ifrat sağçı ekstremistlərin “terrorçuluq” ittihamı ilə mühakimə oluna biləcəyi açıqlanıb.

AzerVoice xəbər verir ki, İngiltərə Dövlət Prokurorluğunun direktoru Stephen Parkinson, ölkə mətbuatına verdiyi açıqlamada, keçən həftə başlayan zorakılıqlarla əlaqədar olaraq, bəzi hallarda terrorizm ittihamı yarana biləcəyini söyləyib.

Parkinson, belə bir halın artıq baş verdiyini deyib. O, “Əgər bir ideologiyanı yüksəltmək məqsədiylə müəyyən fəaliyyətlər planlaşdıran mütəşəkkil qruplarınız vardırsa, həqiqətən çox ciddi bir xaos planlaşdırırsınızsa, bu halda, terror cinayəti olma ehtimalını nəzərdən keçirəcəyik. ",- deyə qeyd edib.

İngiltərə Milli Polis Rəisləri Şurasının (NPCC) sədri Gavin Stephens dünən verdiyi açıqlamada polisin qanun pozuntularına qarşı mübarizə aparmaq üçün əlindən gələni etdiyini bildirib və "İndiyədək 378 nəfər saxlanılıb. Polis qüvvələri həmin şəxslərin kimliyini müəyyən etməyə və məsul şəxsləri tutmağa davam etdikcə, bu sayın hər keçən gün artacağı gözlənilir." ifadəsini işlədib.

Bu məqsədlə işlərin bütün gün davam etdiyini və hadisədə iştirak edənlərin məsuliyyətə cəlb ediləcəyini vurğulayan Stephens, "Bunun bir etiraz aksiyası və ya insanların öz demokratik hüquqlarından istifadə etmə hərəkəti olmadığı dəqiqdir" ,- deyə əlavə edib.

İngiltərədə miqrantlara qarşı etirazlar bir çox bölgəyə yayılıb

Qeyd edək ki, iyulun 29-da İngiltərənin Southport şəhərində 17 yaşlı şəxs bıçaqlı hücum həyata keçirərək üç uşağın ölümü, səkkizi uşaq olmaqla on nəfərin isə yaralanmasına səbəb olmuşdu.

Hücum edənin kimliyinin açıqlanmaması ifrat sağçı ekstremistlərin sosial şəbəkələrdəki spekulyativ paylaşımlarının və xəbərlərinin bir hissəsi oldu. İfrat sağçı hesablar və xəbər saytları tərəfindən hücumu həyata keçirən şəxsin keçən il qeyri-qanuni yollarla İngiltərəyə gəldiyi və adının “Əli” olduğu xəbəri yayılıb.

Southportdakı hücumdan bir gün sonra ifrat sağçı İngilis Müdafiə Liqası (EDL) şəhərdəki mühacirlərə və müsəlmanlara qarşı etirazlar keçirəcəkləri ilə bağlı çağırış etmişdi.

Şəhərdə toplaşan ifrat sağçı fəallar bıçaqlı hücumun baş verdiyi küçənin yaxınlığındakı Southport İslam Cəmiyyəti Məscidini (Islamic Society Mosque) daşqalaq etdilər. İfrat sağçılar burada polislə toqquşaraq çoxlu polis əməkdaşını yaralayıb, bir polis furqonunu isə yandırıb.

Sautportda baş verən hadisələr nəticəsində 53 polis əməkdaşı və 3 polis iti yaralanıb, 5 nəfər saxlanılıb.

İngiltərədə baş verən iğtişaşlarda terrorizm əməli araşdırılacaq
Məqalədə: #İngiltərə #terrorizm #Stephen Parkinson

Mövzu üzrə digər xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir
Digər Xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

3 Sentyabr 13:50
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi
Texnologiya

İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

12 Avqust 16:33
"Liverpul" Qakponu satmaq niyyətində deyil
ArabSport

"Liverpul" Qakponu satmaq niyyətində deyil

3 Avqust 16:03

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.