5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çində 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib

21 Avqust 2024 01:08
Çində 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib

Bakı, AzerVoice

Çində 5 fərqli bölgədə 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib.

AzerVoice xəbər verir ki, bu barədə Çində kabinet funksiyasını yerinə yetirən Dövlət Şurası iclasda qərar verib.

Keçirilən iclasda şimalda Şandunq, şərqdə Jiangsu və Cjiang, cənubda Quanqdonq əyalətləri və Quanqsi Quanq Muxtar Bölgəsində yeni nüvə reaktorlarının tikintisinə qərar verilib.

İnşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi təxmin edilir.

Dövlətə məxsus Çin Ümumi Nüvə Enerjisi Korporasiyası (CNGP) 6 reaktorun, Çin Milli Nüvə Enerjisi Korporasiyası (CNNC) 3 və Dövlət Enerji İnvestisiya Korporasiyası (SPIC) 2 reaktorunun tikintisini həyata keçirəcək.

Xatırladaq ki, Çin 2022 və 2023-cü illərdə 10 yeni reaktorun tikintisini təsdiqləmişdi.

Hazırda ölkədə 55 aktiv nüvə reaktoru var ki, bu da ABŞ və Fransadan sonra ən çox reaktora malik ölkədir.

Qeyd edək ki, Çin 2030-cu ilə qədər layihə və ya tikilməkdə olan 36 reaktorun əlavə edilməsi ilə nüvə enerjisi gücündə dünya lideri olmağı hədəfləyir.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Çin

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.