4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransada büdcə kəsiri Makron üçün daha bir ciddi problemə çevrilib

4 Sentyabr 2024 14:15
Fransada büdcə kəsiri Makron üçün daha bir ciddi problemə çevrilib

Bakı, AzerVoice

Əlavə gəlir mənbələrinin olmayacağı təqdirdə Fransada büdcə kəsiri 2024-cü ildə və gələn il arta bilər.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi qanunvericilərə ünvanladığı məktubda xəbərdarlıq edib, çünki avro zonasının ikinci ən böyük iqtisadiyyatında siyasi böhran daha çox hiss edilir.

Aİ-nin Parisə qarşı intizam qaydasında iddialarına da səbəb olan pisləşən maliyyə vəziyyəti növbədənkənar seçkilərdən iki ay sonra yeni hökumət qurmaq üçün mübarizə aparan prezident Emmanuel Makrona təzyiqi artırır.

Maliyyə kəsiri o deməkdir ki, istənilən yeni hökumət xərcləri azaltmaq və vergiləri artırmaq və ya Fransanın Aİ tərəfdaşlarının və maliyyə bazarlarının etibarını itirmək arasında çətin seçimlər etməli olacaq.

Fransa Maliyyə Nazirliyi tərəfindən millət vəkillərinə göndərilən sənəddə dövlət sektorunun büdcə kəsirinin bu il istehsalı həcminin 5,6 faizinə çatması riskinin olduğu göstərilib. Müvəqqəti hökumət bundan əvvəl 5,1 faiz büdcə kəsiri planlaşdırmışdı.

Milli Assambleyanın maliyyə komitəsinə sədrlik edən solçu deputat Erik Kokerelin sözlərinə görə, gələn il hökumət 4,1 milyard avroluq büdcə kəsiri hədəfinə çatmaq üçün 60 faiz qənaət tələb edəcək, 2025-ci ildə isə bu rəqəm 6,2 faizə çata bilər.

Bir sıra əsas vergilər, o cümlədən gəlir, korporativ və satış üzrə əlavə dəyər vergiləri gözlənildiyindən də aşağı səviyyədədir. Kokerel əlavə edib ki, Fransanın Yeni Kaledoniya ərazisində təhlükəsizliklə bağlı problemi və bu il keçirilən növbədənkənar parlament seçkiləri əlavə xərclərə səbəb olub.

Vəzifəsini tərk edən maliyyə naziri Bruno Le Mer bildirib ki, Fransa üçün büdcə kəsirlərinin davam etməsinin və onun nəzarətdən çıxmasının qarşısını almaq olduqca vacibdir.

Kokerel jurnalistlərə deyib ki, vəziyyət Makron dövründə ardıcıl vergi endirimlərinin nəticəsidir və indi xərcləri azaltmaq əvəzinə vergiləri daha da artırmaqla düzəldilə bilər.

Həm bu il, həm də gələn il 1 faizlik iqtisadi artım proqnozlaşdıran Le Mer gəlir çatışmazlığını aradan qaldırmaq və büdcədə izafi xərcləri ödəmək məqsədilə artıq bu il üçün 16,5 milyard avro məbləğində xərcləmənin dondurulduğunu bildirib.

Fransa uzun müddətdir ki, üzv dövlətlərdən büdcə kəsirini hasilatın 3 faizindən aşağı səviyyədə saxlamağı tələb edən Aİ qaydalarını pozub. Onun ÜDM-in 110 faizini təşkil edən ümumi borcu da Aİ-nin normalarına ziddir.

Makronun dövründə ev təsərrüfatları, şirkətlər və kapital gəlirləri üzrə vergi endirimləri illik gəlirləri on milyardlarla avro azaldıb.

Fransanın dövlət başçısı parlamentdə həm solçulara, həm də mühafizəkarlara uyğun gələn və onun 2017-ci ildəki ilk seçkisindən bəri tətbiq etdiyi biznes yönümlü islahatları geri götürməyəcək bir baş nazir tapmaqda çətinlik çəkir. Vaxt isə daralır, çünki qanuna əsasən, hökumət büdcə layihəsini oktyabrın 2-dək qanunvericilərin müzakirəsinə təqdim etməlidir.

Məqalədə: #Fransa #Emmanuel Makron #Mailiyyə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb
Texnologiya

Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

28 Avqust 22:18
Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb
Səudiyyə Ərəbistanı

Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

25 Avqust 19:25

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.