12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ və ABŞ arasında tarif gərginliyinə 3 aylıq fasilə

10 Aprel 2025 15:21
Aİ və ABŞ arasında tarif gərginliyinə 3 aylıq fasilə

BAKI, AzerVoice

Aİ ABŞ-a qarşı tarif tədbirlərini 90 gün müddətinə dayandırır

AzerVoice xəbər verir ki, Avropa İttifaqı ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi gömrük tariflərinə qarşı planlaşdırılan cavab tədbirlərini 90 gün müddətinə dayandıracaq.

Bu qərar ABŞ Prezidenti Donald Trampın əlavə tarifləri müvəqqəti dayandıracağını elan etməsindən sonra verilib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, üzv dövlətlərin güclü dəstəyini nəzərə alaraq, danışıqlara şans vermək üçün Aİ əks tədbirləri 3 ay müddətinə təxirə salır. O, həmçinin əlavə edib ki, “danışıqlarda irəliləyiş əldə olunmasa, bütün cavab variantları masa üzərində qalacaq”.

Qeyd edək ki, Tramp Çin mənşəli mallara tətbiq olunan gömrük rüsumlarını 125 faiz artırdığını açıqlayıb və 75-dən çox ölkənin nümayəndəsinin gömrük tarifləri ilə bağlı danışıqlara maraq göstərdiyini qeyd edib. ABŞ prezidenti, bu ölkələrə jest olaraq əlavə tariflərin 90 gün müddətinə dayandırıldığını və qarşılıqlı tariflərin bu müddətdə 10 faizə endiriləcəyini bildirib.

Qeyd edək ki, Aİ ötən gün ABŞ-ın polad və alüminiuma 25 faizlik tariflərinə qarşı ilk əks tədbirləri həyata keçirmək qərarı almışdı. Komissiyanın açıqlamasında bildirilib ki, bu tariflər həm Aİ, həm ABŞ, həm də qlobal iqtisadiyyata zərər verir. Əks tədbirlərin 15 aprel tarixindən qüvvəyə minəcəyi qeyd olunmuşdu.

Məqalədə: #ABŞ #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Ursula fon der Leyen #Gömrük tariflərinin artırılması #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.