5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransada həbsxanalara silahlı və yanğın hücumları

15 Aprel 2025 15:45
Fransada həbsxanalara silahlı və yanğın hücumları

BAKI, AzerVoice

Fransada həbsxanalara silahlı hücumlar baş verir.

AzerVoice xəbər verir ki, Fransanın bir neçə şəhərində yerləşən həbsxanalar gecə saatlarında koordinasiyalı hücumlara məruz qalıb.

Hücumlar zamanı bəzi həbsxana dayanacaqlarında avtomobillər yandırılıb, digərlərinə isə avtomatik silahlardan atəş açılıb.

Fransanın daxili işlər naziri Gérald Darmanin rəsmi X hesabında baş verənləri “təhdid cəhdləri” kimi qiymətləndirərək, bu hücumların ədliyyə sisteminə qarşı ciddi təhlükə yaratdığını bildirib. O, Tulon şəhərinə səfər edərək həbsxana işçilərinə dəstək olacağını qeyd edib.

BFMTV kanalının Ədliyyə Nazirliyi mənbələrinə istinadən yaydığı məlumata görə, hücuma məruz qalan müəssisələr arasında Tulon, Marsel, Luynes və Valens həbsxanaları da var. Luynes və Valensdəki həbsxanaların dayanacaqlarında bir neçə avtomobil yandırılıb, Tulon həbsxanasının girişinə isə avtomat silahlarla atəş açılıb.

İşə yaxın mənbələr bildiriblər ki, bu hücumlar Fransada yüksək mühafizəli yeni həbsxanaların yaradılması və ədliyyə sisteminin narkotik ticarətinə qarşı sərtləşdirilən siyasətinə reaksiya olaraq təşkil edilib.

Qeyd edək ki, Fransada son aylarda cinayətkar qruplara qarşı xüsusi əməliyyatlar gücləndirilib və narkotik mafiyalarının fəaliyyətinə qarşı sərt tədbirlər həyata keçirilir. Bu da kriminal dairələr tərəfindən dövlət orqanlarına təzyiq vasitəsi kimi hücumlarla müşayiət olunmaqdadır.

Məqalədə: #Fransa #silahlı hücum #silahlı insident #Fransada həbsxana hücumları #ədliyyə sisteminə təhdid #Yüksək mühafizəli həbsxanalar

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb
Texnologiya

Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

28 Avqust 22:18

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.