11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa enerji kəsintisi zərəri 1 milyard avrodan çox ola bilər

30 Aprel 2025 15:00
Avropa enerji kəsintisi zərəri 1 milyard avrodan çox ola bilər

BAKI, AzerVoice

Avropanı silkələyən 5 saniyəlik böhranda İspaniyada 1 milyard avroluq enerji itkisi yaşandığı ehtimal olunur.

AzerVoice xəbər verir ki, 29 aprel 2025-ci il tarixində Avropada baş verən və İspaniyada başlayaraq Fransa və Portuqaliyaya yayılan genişmiqyaslı elektrik kəsintisi milyonlarla insanın həyatına təsir göstərib.

İspaniya Baş naziri Pedro Sançesin açıqlamasına görə, yalnız 5 saniyəlik müddətdə 15 giqavatlıq istehsal sistemdən itib, bu isə ölkənin ümumi elektrik tələbatının 60%-i deməkdir. Hadisənin yalnız ilk günündə iqtisadi zərərin 1 milyard avroya çata biləcəyi bildirilir.

Hadisə nəticəsində bir çox şəhər işıqsız qalıb, nəqliyyat infrastrukturu iflic olub və əsas ictimai xidmətlər dayanıb. İspaniyada və Portuqaliyada fövqəladə vəziyyət elan olunub. Madrid, Valensiya, Qalisya və digər bölgələrdə idarəetmə səlahiyyətləri mərkəzi hökumətə təhvil verilib və üçüncü səviyyəli fövqəladə hal planı tətbiq edilib.

Səbəb hələ də naməlumdur – kiberhücum ehtimalı istisna edilmir.

Avropa İttifaqı Komissiyası sədrinin müavini Tereza Ribera insidentlə bağlı hər hansı sabotaj və ya kiberhücum izinə rast gəlinmədiyini açıqlasa da, istintaq çoxşaxəli şəkildə davam edir. Portuqaliyanın REN enerji şirkəti isə kəsintinin yüksək gərginlik xətlərində balanssızlıq və temperatur dəyişmələri səbəbindən baş verdiyini iddia edib. Lakin bu açıqlama ictimaiyyətdə inandırıcı qarşılanmayıb və sosial şəbəkələrdə tənqid olunub.

İspaniyanın "The Objective" xəbər portalına görə, elektrik kəsintisinin bir günlük iqtisadi dəyəri təxminən 1 milyard avro olub. Bu rəqəmə istehsalın dayanması, logistika zəncirindəki fasilələr və soyudulmalı məhsulların korlanması səbəbilə artan xərclər daxildir. Hökumət təcili yardım planlarını aktivləşdirərək bərpa işlərinə başlayıb.

İspaniyanın milli enerji operatoru Red Electrica sistemdəki nasazlıqların böyük ölçüdə aradan qaldırıldığını və ölkənin elektrik ehtiyacının 99,16%-nin bərpa olunduğunu açıqlayıb. Portuqaliyada isə 424 trafo mərkəzi gecə saatlarında qismən fəaliyyətə başlayıb və 6,2 milyon istifadəçiyə yenidən enerji təmin olunub.

Qeyd edək ki, ötən gün Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar qeyd edib ki, Türkiyə də Avropa enerji sisteminə bağlı olsa da, bu böhrandan təsirlənməyib. O, bəzi ekspertlərin hadisəni nəzarətsiz bərpa olunan enerji istehsalı – xüsusilə günəş və külək enerjisinin – təsiri ilə əlaqələndirdiyini bildirib.

Məqalədə: #Türkiyə #Avropa #Fransa #Avropa İttifaqı #Alparslan Bayraktar #İspaniya #Portuqaliya #Pedro Sançez #elektrik #elektrik enerjisi kəsintisi #İspaniyada fövqəladə vəziyyət #Portuqaliya enerji problemi #İspaniya elektrik kəsintisi #İspaniya və Portuqaliyada elektrik kəsintisi

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.