4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada infeksiya riski və aclıq kritik həddədir

30 Aprel 2025 15:42
Qəzzada infeksiya riski və aclıq kritik həddədir

BAKI, AzerVoice

Qəzzada səhiyyə sistemi çökmək üzrədir – humanitar böhran dərinləşir.

AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris Qəzzada davam edən hücumlar və yardımın qarşısının alınması səbəbindən bölgədə sağlamlıq risklərinin kritik həddə çatdığını bəyan edib.

Harris bildirib ki, artıq iki aya yaxındır Qəzzaya heç bir tibbi yardım və ləvazimat daxil olmayıb, bu isə bölgədə insan sağlamlığını təhlükəyə atır. İnsanlar çox izdihamlı və qeyri-sağlam şəraitdə yaşayır, nəticədə yoluxucu xəstəliklər sürətlə yayılır

Harris vurğulayıb ki, bölgədə fəaliyyət göstərən 21 qismən aktiv xəstəxana və 4 səhra xəstəxanası ehtiyacları qarşılamaqdan uzaqdır. Çarpayı çatışmazlığı səbəbilə tibb işçiləri xəstələri dəhlizlərdə müalicə etməyə məcbur qalır.

ÜST sözçüsü bildirib ki, Qəzzada əhali həm də qida çatışmazlığı və pis sanitariya şəraiti ilə üz-üzədir.

“Hal-hazırda sərhəddə yardım ləvazimatları ilə dolu 16 yük maşını var. Amma onlar Qəzzaya buraxılmır. Bu da o deməkdir ki, səhiyyə işçilərinin resursları tükənmək üzrədir,” – deyə o bildirib.

Harris, ÜST komandasının bölgədə qaldığını və fəaliyyət göstərdiyini, yalnız yardım çatdırmaqla kifayətlənməyib müşahidə dəstəyi verdiklərini, yoluxucu xəstəliklərin yayılmasını izlədiklərini və xəstələrin təxliyəsini də təşkil etdiklərini deyib. “Biz hər şəraitdə burada qalmağa davam edəcəyik. Tibbi ləvazimatlar vacibdir, amma gördüyümüz işlərin yalnız bir hissəsidir,” – deyə o əlavə edib.

Qeyd edək ki, Qəzzada aylardır davam edən silahlı qarşıdurmalar nəticəsində minlərlə insan həyatını itirib, yüzminlərlə insan isə evsiz və yardımsız qalıb. BMT və beynəlxalq təşkilatlar bölgəyə təcili humanitar yardımın buraxılması üçün çağırış etsə də, indiyə qədər əsas ehtiyaclar yerinə yetirilməyib.

Məqalədə: #İsrail #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #humanitar yardım #Beynəlxalq humanitar yardım #Qəzzada humanitar böhran #Qəzzada müharibədən sonrakı vəziyyət #beynəlxalq reaksiya #Qəzzada aclıq və resurs çatışmazlığı

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

16:30
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.