9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-nin ticarət ilə bağlı qərarları Pekini qorxuda bilməyəcək - Səfir

3 May 2025 22:28
ABŞ-nin ticarət ilə bağlı qərarları Pekini qorxuda bilməyəcək - Səfir

BAKI, AzerVoice

Vaşinqtonun ikitərəfli ticarətlə bağlı qərarları Pekini qorxuda bilməyəcək.

AzerVoice xəbər verir ki, bu sözlər Çinin ABŞ-dəki səfiri Se Fenin ABŞ administrasiyasına etdiyi müraciətdə yer alıb.

"Əgər ABŞ bu məsələlərdə danışıqlar aparmaq istəyirsə, Çinlə qarşılıqlı hörmət əsnasında dialoq qurmalıdır" - deyə, səfir qeyd edib.

Sye Fen, gömrük rüsumlarının artırılmasının heç kimə fayda gətirmədiyini bildirib.

"Bu yanaşma biznes mühitini qeyri-sabit edir, xərcləri artırır, maliyyə bazarlarına zərbə vurur və qlobal iqtisadi artımı ləngidir. Tarif müharibəsini Çin başlamayıb və Çin müharibə istəmir. Lakin Çin həm öz qanuni hüquqlarını, həm də beynəlxalq ticarət nizamını qorumaqda qərarlıdır və onu heç kim qorxuda bilməz" - deyə, Se Fen vurğulayıb.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və əraziyə qarşı yeni gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Ümumi 10 faizlik tariflər aprelin 5-də qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq edilib. Eyni zamanda Tramp aprelin 9-da bəzi ölkə və ərazilərə qarşı qarşılıqlı prinsip əsasında tətbiq olunmuş əlavə gömrük rüsumlarının 90 gün müddətinə təxirə salındığını bildirib. Ağ Ev bu qərarın ticarət danışıqları aparıldığı üçün verildiyini və bu müddətdə 10 faizlik ümumi tarifin qüvvədə qalacağını bildirib.

Əlavə edək ki, hazırda ABŞ-nin Çin mallarına tətbiq etdiyi ümumi gömrük rüsumları 145 faizə çatıb. Çin isə cavab olaraq aprelin 12-dən etibarən ABŞ məhsullarına tətbiq olunan tarifləri 125 faizə yüksəldib.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #ticarət #Pekin #Gömrük rüsumları

Mövzu üzrə digər xəbərlər

İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
Digər Dövlətlər

ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir

19:45
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
Digər Dövlətlər

Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib

19:37
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
Digər Dövlətlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək

18:29

Son Xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.