13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BMT-də Hindistan-Pakistan gərginliyi müzakirə edilib

6 May 2025 09:39
BMT-də Hindistan-Pakistan gərginliyi müzakirə edilib

BAKI, AzerVoice

BMT Təhlükəsizlik Şurasının vəzifəsi münaqişəni uzaqdan izləmək deyil, qarşısını almaqdır.

AzerVoice xəbər verir ki, Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd BMT Təhlükəsizlik Şurasının əsas funksiyasının münaqişələri izləmək deyil, vaxtında və prinsipial şəkildə qarşısını almaq olduğunu bildirib.

Əhməd bu açıqlamanı BMT TŞ-də "Hindistan-Pakistan məsələsi" üzrə keçirilən fövqəladə qapalı iclasdan sonra verib. O, Cammu və Kəşmir məsələsinin 70 ildən artıqdır ki, BMT TŞ-nin gündəmində olduğunu, lakin bu problemin hələ də həll edilmədiyini vurğulayıb. Əhmədə görə, bu, beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıqdır ki, gözardı edilən münaqişələr aradan qalxmır, əksinə daha da dərinləşir.

O, Hindistanın təxribatçı addımlarının təkcə Pakistan üçün deyil, regional və qlobal sabitlik üçün də təhdid yaratdığını qeyd edib və vəziyyətin son dərəcə ciddi olduğunu bildirib.

Pakistanın çağırışı ilə keçirilən fövqəladə sessiyanın məqsədləri sırasında Hindistanın aqressiv ritorikasına qarşı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, təhlükəsizlik risklərini müzakirə etmək və Cammu və Kəşmir fonunda gərginliyin artmasına diqqət çəkmək olduğu bildirilib.

Əhməd sessiyanın məqsədlərinə əsasən nail olunduğunu və bir sıra Şura üzvlərinin dialoqa və gərginliyin azaldılmasına çağırış etdiyini qeyd edib.

"Pakistan münaqişə istəmir" deyən Əhməd, ölkəsinin yalnız sülh istədiyini, lakin bunun beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu bildirib. Eyni zamanda vurğulayıb ki, Pakistan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə tam hazırdır.

O, BMT Təhlükəsizlik Şurasını və Baş katib Antonio Quterreşi qabaqlayıcı diplomatiyada daha fəal mövqe tutmağa çağırıb və sülhün yalnız dialoq, qarşılıqlı əməkdaşlıq və beynəlxalq hüquqa hörmət vasitəsilə mümkün ola biləcəyini bildirib. Əhmədə görə, Hindistanın indiki siyasəti bu prinsipləri əks etdirmir.

Məqalədə: #BMT #Pakistan #BMT TŞ #Hindistan #Hindistan-Pakistan əlaqələri #Hindistan Pakistan gərginliyi #Hindistan Pakistan müharibə

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.