4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Suriyada Yeni Gərginlik: İsrail, Druzlar və Bölgə Gücləri Qarşıdurmada

6 May 2025 10:16
Suriyada Yeni Gərginlik: İsrail, Druzlar və Bölgə Gücləri Qarşıdurmada

BAKI, AzerVoice

"Zərbələr intensivləşəcək və bütün bunlar hətta Əhməd əş-Şaraaya sui-qəsdə qədər gəlib çıxa da bilər".

AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu son günlər Suriyada yenidən yaşanan gərginliyə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, İsrail Suriya ərazilərinə hava zərbələrini intensivləşdirib:
"Bu zərbələrin vurulmasına da İsrailin dəstəklədiyi və Suriyada qiyam qaldıran druzlara qarşı ölkənin müdafiə nazirliyinin hayata keçirdiyi addımlardan sonra başlanılıb. Druzlar parçalanmış vəziyyətdədir. Onlar İsrail, Livan, Suriya və az miqdarda İraqda yaşayırlar. İsraildəki druzlar açıq şəkildə Təl-Əviv tərəfindən dəstəklənir. Onlar da Suriya ərazisində mədəni muxtariyyətin olmasını tələb edir. Amma Suriya druzları bu istəklə razı deyil. Livan druzları da Suriyanın parçalanmasında maraqlı deyil. Çünki bu bölgə ölkələri, Livan üçün ciddi fəsadlara gətirə bilər. Bu baxımdan, druzların ən böyük siyasi liderlərindən olan Cumbulad Dəməşqə gələrək, mesaj verdi ki, druzlar Susiyadan qopmaqda maralı deyil. Bununla da druzların qiyamı yatırıldı".

Lakin buna baxmayaraq, həmsöhbətimiz düşünür ki, İsrail də druz kartını əldən vermək istəmir:
"İsrail Suriyada öz mövqeyini təmin etmək istəyir. Druz kartının şişirdilməsində bir çox ölkələrin də marağı var. Suriyada xaosda geri qayıtmaq üçün Rusiya və İran da maraqlıdır. Druz lideri Mərvan Kivanın səs yazısı yayıldı və açıqlama verdi ki, peyğəmbəri təhqir etməyib. Ümumiyyətlə, belə bir səs yazısı da yoxdur. Bütün bunlar onu göstərir ki, bölgədə təxribatın olmasını istəyənlər var".

Ekspert deyir ki, İsrailin də Suriyadan ehtiyatlandığı məqamlar var:
"Suriya hökumətinin legitimliyi ciddi sual altındadır. ABŞ-ın Dəməşqdən ölkəni lərzəyə sala biləcək 8 tələbi var. Terrora qarşı koalisiyanın yaradılmasında Suriya iştirakı tələb olunur ki, bu ərazidəki Əl-Qaidənin də dəyirmanına su tökmək demək olacaq. Məsələ ondadır ki, Suriyanın hazırkı lideri özü keçmiş cihadçıdır. Onun Qərbə açılması isə islamçıları qıcıqlandıra bilər. İŞİD də təbliğat formasında Suriya gündəminə daxil olmağa çalışır. Deməli, onlar da aktivləşə bilərlər. ABŞ Suriyanın xaricdəki aktivlərinin geri qaytarılması müqabilində bu ölkədə itən vətəndaşlarının tapılması üçün ortaq kommisiyanın yaradılmasını da istəyir. Suriya habelə tərəddüd etmədən İrana bağlı SEPAH və digər bu kimi qüvvələri terrorçu qruplaşmalar elan etməlidir. Başqa bir tərəfdən, Fələstinlə bağlı bütün təşkilatlar Suriyadan çıxmalı, onlar da terror təşkilatı elan edilməlidir".

Rufiz Hafizoğlu bildirir ki, bölgədə Türkiyənin nüfuzu da artır:
"Ankara bu meydanda ciddi nailiyyət əldə etdi. Amma Suriya hökumətinin Türkiyəyə nə qədər bağlı olması mövzusu özü böyük sualdır. Ortada ciddi etnik fərqlilik var. Əhməd əl-Şaraanın ilk səfəri Qətərə, Səudiyyə Ərəbistanına oldu. Heç nə havayı edilmir. Əl-Riyadla Qətər Suriyanın gələcək həyatında yer almaqda önəmli faktorlardır. Təl-Əvivə isə güclü ərəb qonşusunun olduğu ölkə lazım deyil. Suriyada Türkiyə bazasının olması da İsrailin istəyincə deyil. Amma onlar həm də gözəl bilirlər ki, Türkiyə İran deyil. İsraillə Türkiyənin müharibəsi əslində rəsmən III Dünya müharibəsinin elan edilməsi olacaq. Bu baxımdan İsrail odlu-alovlu danışsa da, Türkiyə ilə üz-üzə gəlməsi, ona iqtisadi və siyasi fəsadlar gətirəcək. Türkiyənin İsrailə ehtimal olunan müdaxiləsi isə Əl-Riyad da daxil islam dünyasının Ankaranın yanında yer almasına gətirib çıxaracaq".

Qeyd edək ki, Susiyada vəziyyət yenidən gərginləşib. Keçid hökumətinin qiyam qaldıran druzlara qarşı fəaliyyəti İsraili prosesə müdaxilə etməyə vadar edib. İsrail hətta Suriya prezidenti Əhməd əl-Şaraanın sayarına yaxın ərazini belə bombalayıb.

Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13
HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?
Rəy

HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

15 Avqust 10:06
Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
Rəy

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

13 Avqust 16:52

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.