7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistan Pakistana raket hücumu edib

7 May 2025 09:23
Hindistan Pakistana raket hücumu edib

BAKI, AzerVoice

Hindistandan Pakistana raket hücumu - Regional gərginlik münaqişəyə çevrilir.

AzerVoice xəbər verir ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmirdə baş verən və 26 nəfərin ölümünə səbəb olan hücumdan sonra münasibətlər kəskin şəkildə pisləşib.

Hindistan ötən gecə Pakistan və onun nəzarətində olan Azad Kəşmirin 9 bölgəsinə raket zərbələri endirib. Hücum nəticəsində azı 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Yeni Dehli hökumətinin açıqlamasına görə, “Sindoor əməliyyatı” çərçivəsində həyata keçirilən hücumlar məqsədyönlü olub və Pakistanın hərbi obyektləri hədəf alınmayıb. Hindistan hadisəni Cammu və Kəşmirdə törədilmiş terror aktına cavab olaraq qiymətləndirib və qarşıdurmanı genişləndirmək niyyətində olmadığını bildirib.

Digər tərəfdən, Pakistanın Xidmətlərarası İctimai Əlaqələr İdarəsinin (ISPR) rəhbəri general-leytenant Əhməd Şərif Çaudri bu hücumu “utancverici və qorxaqcasına” adlandıraraq, ölkəsinin hava qüvvələrinin hazır vəziyyətdə olduğunu və bu “təxribatın cavabsız qalmayacağını” bildirib.

Qeyd edək ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmir bölgəsinə dair mübahisələr uzun illərdir davam edir və tərəflər arasında tez-tez silahlı toqquşmalar baş verir. Son hadisələr regionda genişmiqyaslı qarşıdurma riskini bir qədər də artırıb.

Məqalədə: #Pakistan #Hindistan #Hindistan-Pakistan əlaqələri #Cammu və Kəşmir #Hindistan və Pakistan orduları arasında atışma #Kəşmir məsələsi #Hindistan Pakistan gərginliyi

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

2 Sentyabr 09:41
Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib
Qətər

Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

1 Sentyabr 18:47

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.