9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tehranda yüzlərlə bankın işığı kəsilib

7 May 2025 15:23
Tehranda yüzlərlə bankın işığı kəsilib

BAKI, AzerVoice

Tehranda 700-ə yaxın bankın elektrik enerjisi kəsilib.

AzerVoice xəbər verir ki, İranın paytaxtı Tehranda enerjiyə qənaət tədbirləri çərçivəsində istehlak limitini aşdığı üçün 700-ə yaxın bank şöbəsinin elektrik enerjisi kəsilib.

İranın elektrik paylayıcı şirkəti “Tevanir”in baş direktoru Mustafa Rəcəbi Məşhədi dövlət televiziyasına açıqlamasında bildirib ki, enerji israfının qarşısını almaq məqsədilə müəyyən istehlak limitini aşan obyektlərə qarşı tədbirlər görülür. Onun sözlərinə görə, bu tətbiq ağıllı sayğaclar vasitəsilə həyata keçirilir və istifadə limitini aşan abunəçilərin elektrik enerjisi hər 20 dəqiqədən bir 1 saatlıq müddətə dayandırılır.

"Dünən Tehranda 700-ə yaxın bankın elektrik enerjisi istehlak həddini aşdığı üçün kəsilib" – deyə Məşhədi qeyd edib. O, həmçinin ölkədə elektrik enerjisinin ədalətli şəkildə bölgüsünü təmin etmək üçün yaşayış, ticarət və inzibati abunəçiləri enerji istifadəsində qənaətə riayət etməyə çağırıb.

Qeyd edək ki, dünyanın ən iri neft və qaz ehtiyatlarına sahib olan İran iqtisadi sanksiyalar, köhnəlmiş infrastruktur və artan enerji tələbatı səbəbindən ciddi enerji böhranı ilə üz-üzədir. Yay aylarında kondisionerlərdən geniş istifadə edilməsi bu tələbatı daha da artırır. Rəsmilər ölkə üzrə enerjiyə qənaət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Məqalədə: #İran #Tehran #Tehran elektrik kəsintisi #Enerji qənaət tədbirləri #Tehranda enerji böhranı #Elektrik istehlak limiti #İranın enerji infrastrukturu #enerji böhranı

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.