5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Gizli nüvə obyektinə dair iddialar yalandır - İran XİN

9 May 2025 18:57
Gizli nüvə obyektinə dair iddialar yalandır - İran XİN

BAKI, AzerVoice

İran Xarici İşlər Naziri Abbas Arakçi, ABŞ-ın “Fox News” kanalının İranın Səmnan vilayətində “gizli nüvə obyektinin” aşkarlanması barədə irəli sürdüyü iddiaları təkzib edib.

AzerVoice xəbər verir ki, Arakçi bu iddiaların İsrail tərəfindən İran əleyhinə fəaliyyət göstərən “Xalqın Mücahidləri” təşkilatı vasitəsilə gündəmə gətirildiyini bildirib. Nazir sosial media hesabında etdiyi paylaşımda, İran ilə ABŞ arasında aparılan dolayı nüvə danışıqlarının yenidən başlaması fonunda ictimai rəyə təsir göstərmək məqsədilə “qorxuducu peyk görüntülərinin” yayılmağa başladığını qeyd edib.

İsrailin ABŞ-İran danışıqlarındakı mənfi roluna diqqət çəkən Arakçi, “Etibarını itirən və sabotajçı olduğu üzə çıxan Netanyahu, Trampa nə edə biləcəyini diktə etməyə çalışan siyasəti ilə indi həm köhnə, həm də yeni kuklalara müraciət edir,” – deyə bildirib.

İranın xarici işlər naziri, İsrailin İran əleyhinə fəaliyyətlərdə Səddam Hüseyn dövründən qalma qruplardan istifadə etməyə çalışdığını da qeyd edib: “Bu şəxslər və təşkilatların maliyyə yükü az ola bilər, lakin bu qrupları dövriyyəyə buraxmaq yalnız dərin acizlik göstəricisidir.”

Xatırladaq ki, ABŞ-ın “Fox News” kanalı bir neçə gün öncə İranın Səmnan vilayətində “Rainbow Site” (Gökkuşağı Sahəsi) kod adı ilə gizli bir nüvə obyektinin inşa edildiyini iddia etmişdi. Kanalın yayımladığı peyk görüntülərinə əsasən, obyektin 2 500 dönümlük ərazini əhatə etdiyi və “Diba Energy Siba” adlı kimyəvi maddə istehsalçısı adı altında gizlədildiyi bildirilmişdi.

Məqalədə: #İran #İran XİN #İran sanksiyalar #İran-ABŞ münasibətləri #İran siyasəti #Seyid Abbas Araqçi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.