5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Papa XIV Leo ilk ayinini keçirib

10 May 2025 12:42
Papa XIV Leo ilk ayinini keçirib

BAKI, AzerVoice

Papa XIV Leo vəzifəyə gəldikdən sonra ilk ibadət mərasimini keçirib.

AzerVoice xəbər verir ki, Katolik kilsəsinin yeni rəhbəri Papa XIV Leo vəzifəyə seçildikdən sonra ilk ibadətini Vatikanın məşhur Sikstin kapellasında keçirib.

O, onu seçən kardinallarla birlikdə keçirilən bu dini mərasimdə qurbangah qarşısında dua edib və iştirakçılara xeyir-dua verib.

Ağ libas geyinmiş XIV Leo mayın 18-də rəsmi olaraq taxta çıxacaq. Dünən 267-ci papa olaraq seçilən XIV Leo həm də ABŞ-dan seçilən ilk papa kimi tarixə düşüb. Çikaqoda doğulan və əsl adı Robert Prevost olan yeni papa, Vatikan protokoluna və ənənələrə daha yaxın mövqe ilə tanınır.

XIV Leo Müqəddəs Pyotr meydanında izdiham qarşısında çıxış edərək selefi Papa Fransiskə təşəkkür edib. “Hamınıza rifah arzulayıram! Aprelin 21-də dünyasını dəyişən Papa Fransiskə xidmətlərinə görə təşəkkür edirəm” - deyə o nitqində bildirib.

Papa seçilməsi zamanı Sikstin kapellasının bacasından qalxan ağ tüstü və bazilikadakı zənglərin səsi ilə elan edilib. Bu hadisə Livan, İspaniya, Aİ və İsrail də daxil olmaqla bir çox ölkədə geniş beynəlxalq reaksiyaya səbəb olub.

ABŞ prezidenti Donald Tramp Papa XIV Leo-nun seçilməsini “ölkəsi üçün böyük şərəf” adlandırıb. Fransa prezidenti Emmanuel Makron yeni papanı “sülh və ümidin daşıyıcısı” olmağa çağırıb. Ukrayna prezidenti Vladimir Zelenski Vatikanın Kiyevə dəstəyinin davam edəcəyinə ümid etdiyini, Rusiya prezidenti Vladimir Putin isə Vatikanla “konstruktiv əməkdaşlıq” mesajı verib.

Yeni papa bazar günü “Regina Coeli” duasında iştirak edəcək və bazar ertəsi jurnalistlərlə görüşəcək.

Qeyd edək ki, Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo, Polşalı II İohann Pavel, alman XVI Benedikt və argentinalı Fransiskdən sonra İtalyan olmayan dördüncü papadır. O, konklavın ikinci günündə minimum 89 səslə seçilib. Katolik kilsəsi qarşısında isə Avropada azalan təsirindən tutmuş, maliyyə problemləri, dini çağırışların azalması və kilsədə uşaq istismarı ilə mübarizə kimi bir sıra ciddi məsələlər dayanır.

Məqalədə: #Roma papası #Papa Fransisk #Vatikan #Papa Fransisk vəfat etdi #Katolik Kilsəsində papa dəyişikliyi #Yeni seçiləcək Papa #papa seçkisi prosesi #Papa XIV Leo #yeni seçilmiş Roma Papası

Mövzu üzrə digər xəbərlər

Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib
Livan

Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

20 Avqust 18:44
Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Cəmiyyət

Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

9 İyul 16:39
Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb
Digər Xəbərlər

Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb

3 İyul 22:52
Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb
Digər Dövlətlər

Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb

25 İyun 21:22

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.