4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa XİN Aİ-İsrail tərəfdaşlıq sazişinə yenidən baxılmasını dəstəkləyib

11 May 2025 18:57
Fransa XİN Aİ-İsrail tərəfdaşlıq sazişinə yenidən baxılmasını dəstəkləyib

BAKI, AzerVoice

Fransa xarici işlər naziri Jan Noel Barro bu gün Hollandiya tərəfindən Avropa İttifaqı (Aİ) ilə İsrail arasında imzalanmış tərəfdaşlıq sazişinin yenidən nəzərdən keçirilməsi çağırışını qanuni və əsaslı hesab edib.

AzerVoice xəbər verir ki, o, Avropa Komissiyasını (AK) bu məsələni araşdırmağa çağırıb.

“Hollandiya Avropa Komissiyasına müraciət edərək İsrail hökumətinin tərəfdaşlıq sazişinin ikinci maddəsinə əməl edib-etmədiyini araşdırmağı istədi” - deyə, Barro bildirib.

Sazişə görə, Avropa İttifaqı ilə İsrail arasındakı münasibətlər insan hüquqlarına və demokratik prinsiplərə hörmət əsasında qurulmalıdır.

Hollandiya xarici işlər naziri Kaspar Fildkamp isə Aİ ilə İsrail arasında imzalanmış sazişin 2-ci maddəsinin pozulması ehtimalı ilə bağlı rəsmi məktub göndərərək onun təcili şəkildə araşdırılmasını istəyib.

Fransa hökumətinin bu sazişə qarşı çıxıb-çıxmadığına dair sualı Barro belə cavablandırıb:

“Gəlin əvvəlcə Avropa Komissiyasının İsrailin bu maddəyə nə dərəcədə əməl etdiyinə dair aparacağı araşdırmanın nəticələrini gözləyək.”

Nazir həmçinin Qəzzadakı humanitar vəziyyətə diqqət çəkib.

“Düşünürəm ki, gerçəklikləri sözlərlə ifadə etməyə ehtiyac var. Fakt budur ki, Qəzzadakı fələstinlilər aclıqdan, susuzluqdan əziyyət çəkirlər və hər şeydən məhrumdurlar. Qəzza bölgəsi hazırda aclıq və fəlakət səbəbindən xaosun və dağılmanın astanasındadır” - deyə, o qeyd edib.

“Düşünürəm ki, bunu artıq hamı anlayır. Hətta yəhudi cəmiyyətinin içindən də bu mənasız mövqedən təsirlənmiş səslər eşidirik – bu mövqe İsrail hökumətinə aiddir. Bu məsələdə səsimizi yüksəltməklə israillilərin mövqeyinə təsir edə biləcəyimizə ümid etmək mümkündür” - deyə, o əlavə edib.

Məqalədə: #İsrail #Fransa #Avropa İttifaqı (Aİ) #Fransa Xarici İşlər Nazirliyi #Jan-Noel Barro #Avropa Komissiyası (AK)

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.