10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa–İsrail xəttində Qəzza gərginliyi artır

14 May 2025 17:05
Fransa–İsrail xəttində Qəzza gərginliyi artır

BAKI, AzerVoice

Fransa prezidenti Emmanuel Makron ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında Qəzza ilə bağlı sərt mübahisə yaşanıb.

AzerVoice xəbər verir ki, Makron İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edərək bu addımları "qəbuledilməz və biabırçı" adlandırıb.

Fransa lideri bölgədə yaşanan humanitar vəziyyəti “dəhşətli humanitar dram” kimi qiymətləndirib.

Makron, İsrailin humanitar yardımların qarşısını almasını ciddi bir səhv kimi qiymətləndirərək, vəziyyətin təcili şəkildə dəyişdirilməsinin vacibliyini qeyd edib.

Netanyahu isə Makronun bu çıxışlarına sərt reaksiya verib. O, Fransa prezidentini “terror təşkilatlarının tərəfində yer almaqda” ittiham edərək, beynəlxalq ictimaiyyətin tənqidlərini rədd etdiyini bildirib.

İsrail Baş Nazirlik İdarəsinin verdiyi açıqlamada, Qəzzadakı hərbi əməliyyatların intensivliyinin artırılacağı və müharibənin hələ bitmə nöqtəsində olmadığı qeyd edilib. Netanyahu, İsrail Müdafiə Qüvvələrinin Qəzza sərhədinə tam yerləşdirildiyini və qarşıdakı günlərdə əməliyyatların "tam gücü ilə" davam etdiriləcəyini bildirib.

Bununla yanaşı, Netanyahu bəzi ölkələrlə Qəzzalı mülki vətəndaşların yerləşdirilməsi məsələsində danışıqlar apardıqlarını açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidentinin HƏMAS ilə aparılan girov danışıqlarında İsrailin iştirak etməməsi Təl-Əvivdə narahatlıq yaradıb. HƏMAS lideri Xəlil əl-Həyya, amerikalı-israilli girov Edan Aleksandrın azad edilməsinin ABŞ rəsmiləri ilə birbaşa təmaslar nəticəsində baş verdiyini bildirib. ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsinin köməkçisi Stiv Vitkoffun Dohada HƏMAS təmsilçiləri ilə görüşdüyü və İsrailin hərbi strategiyasını tənqid etdiyi bildirilir.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #Fransa #Emmanuel Makron #Təl-Əviv #Humanitar fəlakət Qəzza #İsrail və HƏMAS müharibəsi #Qəzzada humanitar böhran #Fransa və İsrail münasibətləri

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.