9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan məktəb avtobusuna hücumda Hindistanı ittiham edir

21 May 2025 11:58
Pakistan məktəb avtobusuna hücumda Hindistanı ittiham edir

BAKI, AzerVoice

Pakistan Hindistanı məktəb avtobusuna edilən bombalı hücumda ittiham edir.

AzerVoice xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində məktəb avtobusuna qarşı həyata keçirilən və azı 5 nəfərin ölümünə, bir çox uşağın isə yaralanmasına səbəb olan bombalı hücumun Hindistan tərəfindən planlaşdırıldığı iddia olunub.

Rəsmilər bu hücumun arxasında Hindistan dövlətinin dayandığını bildirirlər.

Məlumata görə, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) insidentlə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, üçü uşaq olmaqla 5 nəfər həlak olub, çox sayda məktəbli yaralanıb. Qurumun bəyanatında “Terrorçu Hindistan dövlətinin Bəlucistanda vəkil ünsürləri vasitəsilə planlaşdırdığı və həyata keçirdiyi qorxaq hücumda tələbələri daşıyan avtobus qəsdən hədəfə alınıb” ifadəsinə yer verilib.

Pakistan tərəfi hücumu “Hindistanın terrorizmdən dövlət siyasəti kimi istifadə etməsinin bariz nümunəsi” adlandırıb və hücumu təşkil edənlərin, onlara yardım edənlərin və icra edənlərin ədalət qarşısında cavab verəcəyini, Hindistanın “əsl simasının” dünya ictimaiyyətinə göstəriləcəyini bildirib.

Bəlucistan vilayətinin rəsmisi, komissar müavini Yasir İqbal Dəşti hücumun "Sıfır Nöqtəsi" kimi tanınan sərhəd bölgəsinə yaxın ərazidə baş verdiyini açıqlayıb. O qeyd edib ki, istintaq davam edir və ilkin məlumatlara əsasən hücumun qəsdən ola biləcəyi ehtimal olunur.

Pakistanın Daxili İşlər Naziri Möhsün Naqvi də Nazirliyin X sosial media platformasındakı paylaşımında hücumu qəti şəkildə pisləyib. “Düşmən vəhşilik nümayiş etdirərək günahsız uşaqlara hücum edib. Məktəb avtobusuna edilən hücum, ölkədə sabitliyi pozmağa yönəlmiş bir terror aktıdır”, – deyə nazir bəyan edib.

Qeyd edək ki, Hindistanla Pakistan arasında gərgin münasibətlər son illərdə bir sıra sərhəd insidentləri və qarşılıqlı ittihamlarla daha da dərinləşib. Bəlucistan əyalətində baş verən bu son hücum, bölgədəki sabitlik və təhlükəsizliklə bağlı narahatlıqları bir daha gündəmə gətirib.

Məqalədə: #Pakistan #Hindistan #Bəlucistan #terror aktı #Hindistan Pakistan gərginliyi #Pakistan Hindistan sərhədi #Pakistan Hindistan gərginliyi 2025 #Pakistanda bombalı hücum #Bəlucistan sərhəd terror aktı #Hindistan terror ittiham #Pakistan Hindistan gərginliyi son vəziyyət

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

20:51

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.