9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzadakı əməliyyatlar Trampın planına bağlıdır - Tramp

22 May 2025 10:20
Qəzzadakı əməliyyatlar Trampın planına bağlıdır - Tramp

BAKI, AzerVoice

Qəzzaya hücumlar Trampın fələstinlilərin çıxarılması planından asılıdır.

AzerVoice xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı hərbi əməliyyatların dayandırılmasının ABŞ-ın prezidenti Donald Trampın bölgədən fələstinlilərin çıxarılmasını nəzərdə tutan planının həyata keçirilməsindən asılı olduğunu bildirib.

Netanyahu mətbuat konfransında "Gideonun arabaları" adlandırılan hərtərəfli əməliyyatların məqsədinin Qəzzanı tam nəzarətə götürmək və HƏMAS-ı tamamilə zərərsizləşdirmək olduğunu deyib. O, əməliyyatların dayandırılması üçün bir sıra şərtlər irəli sürüb. Bu şərtlərə israilli əsirlərin azad olunması, HƏMAS-ın silahı yerə qoyması, rəhbərliyin xaricə göndərilməsi və Trampın fələstinlilərin bölgədən çıxarılmasını nəzərdə tutan planının həyata keçirilməsi daxildir.

Trampın planını “çox düzgün və çox inqilabi” adlandıran Netanyahu ABŞ-la münasibətlərin pozulduğu ilə bağlı iddiaları da təkzib edib.

Netanyahu həmçinin bildirib ki, son əməliyyatlar zamanı HƏMAS-ın yüksək səviyyəli rəhbərləri – İsmayıl Haniyə, Yəhya Sinvar, Qəssam Briqadalarının komandiri Məhəmməd əl-Masri (Deif) və ehtimal ki, Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvar hədəfə alınıb.

Qeyd edək ki, Netanyahu Qəzzadakı hücumlarla bağlı beynəlxalq tənqidlərə də münasibət bildirib. “Avropa ölkələri bizə təsir etməyəcək və bizi müharibə məqsədlərimizdən çəkindirməyəcək” – deyə o vurğulayıb.

İsrail baş naziri həmçinin ABŞ və İran arasında davam edən nüvə danışıqları mövzusuna da toxunaraq, Tehranın İsrail üçün ciddi təhlükə olaraq qaldığını və bu mövzuda ABŞ-la sıx koordinasiyada olduqlarını qeyd edib.

Yəməndəki husilərlə bağlı danışan Netanyahu, İsrailə yönəlmiş raket və pilotsuz təyyarə hücumlarına görə “hələ son sözün deyilmədiyini” bildirib.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #HƏMAS #İsrail və Qəzza #Trampın Fələstin strategiyası #İsrailin HƏMAS-a qarşı şərtləri #Netanyahu HƏMAS açıqlaması #Qəzzadan fələstinlilərin çıxarılması

Mövzu üzrə digər xəbərlər

Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Digər Dövlətlər

Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir

18:11
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32

Son Xəbərlər

Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.