11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Putin müharibəni bitirmək istəmir - Tramp

22 May 2025 12:46
Putin müharibəni bitirmək istəmir - Tramp

BAKI, AzerVoice

Putin müharibəni bitirməyə hazır deyil.

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bəzi Avropa liderləri ilə telefon danışıqlarında Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. “Wall Street Journal”ın görüşlə tanış olan üç mənbəyə istinadla yaydığı məlumata görə, Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmağa hazır deyil, çünki "özünü qalibiyyətə yaxın hiss edir".

Məlumata görə, Tramp mayın 18-də Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, İtaliya Baş naziri Giorgia Meloni və Böyük Britaniya Baş naziri Keir Starmerlə telefon əlaqəsi saxlayıb. Mayın 19-da isə Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə danışıqlar aparıb.

Həmin danışıqlardan sonra Tramp özünün "Truth Social" platformasında yazaraq, Rusiya prezidenti Putinlə iki saatlıq görüş keçirdiyini və bu görüşün uğurlu olduğunu qeyd edib. “İnanıram ki, bu çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və müharibənin sona çatması üçün danışıqlara başlayacaq” - deyə o bildirib.

Trampın bəyanatları Moskvanın daha əvvəl sülhə hazır olduğu barədə verdiyi açıqlamalarla ziddiyyət təşkil edir. Görüşdən məlumatlı mənbələrin iddiasına görə, Tramp Avropa liderlərinə bildirib ki, əgər Rusiya atəşkəslə razılaşmasa, Moskvaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

O, həmçinin qeyd edib ki, müharibə bitdikdən sonra Rusiya ABŞ-la genişmiqyaslı ticarətə başlamaq istətir və bu barədə razılıq əldə olunduğunu vurğulayıb.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Zelenski #Ursula fon der Leyen #Rusiya-Ukrayna münaqişəsi #atəşkəs danışıqları #ABŞ-Rusiya münasibətləri #Rusiya-ABŞ görüşü #Rusiya Ukrayna danışıqları

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41

Son Xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
Qətər Ulduzlar Liqasının Baş Assambleyasının iclası keçirilib
Qətər Ulduzlar Liqasının Baş Assambleyasının iclası keçirilib
21:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.