6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Səudiyyə Pakistan-Hindistan danışıqları üçün "neytral məkan" ola bilər - Şərif

22 May 2025 19:57
Səudiyyə Pakistan-Hindistan danışıqları üçün "neytral məkan" ola bilər - Şərif

BAKI, AzerVoice


Səudiyyə Ərəbistanı Pakistan və Hindistan arasında aparılan danışıqlar üçün "neytral məkan" ola bilər.

AzerVoice xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İslamabad şəhərində jurnalistlərlə görüş zamanı bildirib.

Şərif qeyd edib ki, Hindistanla danışıqların əsas mövzuları Kəşmir münaqişəsi, su ehtiyatlarının paylaşdırılması, ticarət və terrorla mübarizə olacaq. O, eyni zamanda vurğulayıb ki, Çin bu danışıqlar üçün neytral məkan ola bilməz. O, Səudiyyə Ərəbistanının hər iki tərəfin razılaşa biləcəyi bir yerə çevriləcəyinə ümid etdiyini bildirib.

Şərif əlavə edib ki, əgər bu cür danışıqlar baş tutsa, Pakistan nümayəndə heyətinə ölkənin milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək. Onun sözlərinə görə, son zamanlar hərbi dairələr arasında təmaslar nəticəsində Pakistan-Hindistan münasibətlərində müəyyən yumşalma müşahidə olunur.

Qeyd edək ki, Hindistan hökumətinin koordinatorluğu ilə müxtəlif siyasi partiyaların nümayəndələri və tanınmış siyasi fiqurlardan ibarət nümayəndə heyətinin yaxın günlərdə Səudiyyə Ərəbistanına səfəri gözlənilir.

Hindistan mediasının məlumatına görə, bu səfərin məqsədi Hindistanın mövqeyini izah etməkdir. Hindistanın Parlament İşləri Nazirliyi bildirib ki, bütün partiyalardan ibarət bu heyət Hindistanın terrorla mübarizədə milli həmrəyliyini və sərt mövqeyini əks etdirəcək.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Pakistan #Hindistan #Məhəmməd Şahbaz Şərif #danışıqlar #Hindistan-Pakistan qarşıdurması #Pakistan Hindistan gərginliyi 2025

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

5 Sentyabr 13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb

5 Sentyabr 13:33
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək

5 Sentyabr 11:44

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.