5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Banqladeşin müvəqqəti höküməti vəzifəsini yerinə yetirmədən getməyəcək - Dövlət rəsmisi

25 May 2025 02:00
Banqladeşin müvəqqəti höküməti vəzifəsini yerinə yetirmədən getməyəcək - Dövlət rəsmisi

BAKI, AzerVoice

Banqladeşdə fəaliyyət göstərən müvəqqəti hökumət, vəzifələrini yerinə yetirmədən işini dayandırmayacaq.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti müşavirlərindən Vahiduddin Mahmud fövqəladə iclasdan sonra bildirib.

“Biz işimizi yerinə yetirmədən heç yerə getməyəcəyik” – deyə, o qeyd edib.

Daha əvvəl Banqladeş müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunusun, ölkədəki siyasi qüvvələrin seçkilərin keçirilməsi məsələsində razılığa gələ bilməməsi səbəbilə istefa verməyi nəzərdən keçirdiyi məlum olmuşdu.

Mahmudun sözlərinə görə, Yunus istefa verəcəyini deməyib.

“O dedi ki, bizə həvalə olunan işin məsuliyyətini nəzərə aldıqda, qarşımızda bir çox maneə var. Lakin biz bütün bu maneələri aşacağıq” – deyə, o bildirib.

Fövqəladə iclasın yekununda müvəqqəti hökumət tərəfindən yayımlanan bəyanatda qeyd olunub ki, hökumət öz vəzifələrini yerinə yetirməyə davam edir.

“Lakin əgər məğlub olan qüvvələrin təhriki və ya xarici sui-qəsd nəticəsində bu vəzifələrin yerinə yetirilməsi mümkünsüz olarsa, hökumət bütün səbəbləri ictimaiyyətə açıqlayacaq və daha sonra xalqla birlikdə lazımi addımlar atacaq” – deyə, bəyanatda bildirilib.

Xatırladaq ki, keçən il avqustun 5-də kütləvi anti-hökumət etirazları fonunda Banqladeşin baş naziri Şeyx Həsina istefa verərək Hindistana getmişdi. Etirazlarda yüksək işsizlik və gələcək perspektivlərin olmamasından narazı olan tələbələr iştirak etmişdi. İyul və avqust aylarında Banqladeşin müxtəlif şəhərlərində baş verən iğtişaşlar nəticəsində təxminən min 400 nəfər həlak olmuşdu. Avqustun 8-də ölkədə Məhəmməd Yunusun rəhbərliyi ilə müvəqqəti hökumət and içmişdi.

Məqalədə: #Banqladeş

Mövzu üzrə digər xəbərlər

Banqladeşdə daşqınlar 44 nəfərin həyatına son qoyub, bir milyondan çox insan çətin vəziyyətdə qalıb
Digər Dövlətlər

Banqladeşdə daşqınlar 44 nəfərin həyatına son qoyub, bir milyondan çox insan çətin vəziyyətdə qalıb

11 İyul 19:19
Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub
Mədəniyyət

Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

17 İyun 18:07
Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan
Türkiyə

Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

6 İyun 14:31
Rohingiya müsəlmanlarının problemlərinin həlli üçün Ankara fəal əməkdaşlıq aparır - Hakan Fidan
Türkiyə

Rohingiya müsəlmanlarının problemlərinin həlli üçün Ankara fəal əməkdaşlıq aparır - Hakan Fidan

5 İyun 13:10

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.