8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

BAKI,VOA, Fərid Mikayılov Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşlə əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdirilməsində qətiyyətli olduqlarını bildirib. VOA xəbər verir ki, o, Banqladeşə səfərinin yekunları ilə bağlı sosial media hesabında paylaşım edib.

6 İyun 2026 14:31
Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

BAKI,VOA, Fərid Mikayılov

Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşlə əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdirilməsində qətiyyətli olduqlarını bildirib.

VOA xəbər verir ki, o, Banqladeşə səfərinin yekunları ilə bağlı sosial media hesabında paylaşım edib.

Fidan qeyd edib ki, fevral ayında keçirilən seçkilərdən sonra yeni mərhələyə qədəm qoyan Banqladeşin böyük potensialının və ölkədə sabitlik, rifah və inkişaf naminə aparılan işlərin şahidi olublar.

Türkiyəli nazir bildirib ki, Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ilə keçirdiyi görüşdə ikitərəfli münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı ortaq iradə bir daha təsdiqlənib.

“Ölkələrimiz arasındakı münasibətlər qardaşlıq əlaqələrimizə uyğun olaraq son dərəcə möhkəm təməl üzərində qurulub. Qarşıdakı dövrdə əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq və banqladeşli qardaşlarımıza dəstəyimizi davam etdirəcəyik”, - deyə Fidan vurğulayıb.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Banqladeşin Baş naziri Tarique Rahman tərəfindən qəbul olunub. Həmçinin nümayəndə heyəti Rohinca qaçqınlarının məskunlaşdığı Koks Bazar düşərgələrini ziyarət edib.

Fidan qeyd edib ki, Banqladeş bir milyondan çox Rohinca müsəlmanına ev sahibliyi etməklə mühüm humanitar missiya həyata keçirir. Onun sözlərinə görə, tərəflərin ortaq məqsədi Rohinca böhranına ədalətli və davamlı həll tapmaqdır.

Məqalədə: #Türkiyə #Hakan Fidan #Ankara #Banqladeş #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.