7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistan sahillərinin yaxınlığında təhlükəli yük daşıyan gəmi batıb

25 May 2025 15:40
Hindistan sahillərinin yaxınlığında təhlükəli yük daşıyan gəmi batıb

BAKI, AzerVoice

Liberiya bayrağı altında üzən "MSC ELSA 3" adlı konteyner daşıyan gəmi Hindistanın cənubundakı Kerala ştatının Koçi şəhəri sahillərindən 38 dəniz mili uzaqlıqda, Ərəb dənizində batıb.

AzerVoice xəbər verir ki, bu barədə Hindistan Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, gəmidə təhlükəli yüklər olub.

Məlumata əsasən, gəmidə ümumilikdə 640 konteyner olub, bunlardan 13-ü təhlükəli maddələrlə, 12-si isə kalsium karbid ilə dolu imiş. Gəminin yanacaq çənlərində 84,44 ton dizel və 367,1 ton mazut da olub. İlkin məlumatlara görə, konteyner gəmisi bir bölmənin su ilə dolması nəticəsində tamamilə aşağı çevrilib, bu da yanacaq sızması riski yaradır.

Hindistan Sahil Mühafizəsi bildirib ki, hadisəyə dair bütün mümkün ssenarilər üzrə ştat administrasiyası ilə birgə araşdırmalar aparılır. Sahil Mühafizəsinə məxsus neft ləkələrini müəyyən etmək üçün müasir texnologiyalarla təchiz olunmuş təyyarələr hadisə yerində havadan müşahidə aparır. Hazırda neft sızması ilə bağlı rəsmi məlumat daxil olmayıb.

Hindistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Agentliyi isə sahilyanı bölgə sakinlərinə dəniz dalğası ilə sahilə çıxa biləcək gəmi qalıqlarına yaxınlaşmamağı tövsiyə edib. Bu cür obyektlər zəhərli və ya partlayıcı ola bilər.

Məqalədə: #Hindistan #gəmi qəzası #Ərəb dənizi

Mövzu üzrə digər xəbərlər

Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb
Türkiyə

Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

2 Sentyabr 12:23
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Qırğızıstan

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 09:22
Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi
Digər Dövlətlər

Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

31 Avqust 18:23
ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian
İran

ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

31 Avqust 18:17

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.