5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın daxili təhlükəsizlik naziri Vaşinqtondakı terror aktı ilə bağlı İsrailə səfər edəcək

25 May 2025 21:40
ABŞ-ın daxili təhlükəsizlik naziri Vaşinqtondakı terror aktı ilə bağlı İsrailə səfər edəcək

BAKI, AzerVoice

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bazar günü İsrailə səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Məlumata görə, bu qərar, İsrailin Vaşinqtondakı səfirliyinin iki nümayəndəsinin öldürülməsindən sonra verilib.

Məlumatda bildirilib ki, Vaşinqtonda baş verən son terror aktından sonra ABŞ Prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Kristi Noemə İsrailə səfər etməyi tapşırıb. Səfər zamanı Noem İsrailin baş naziri Binyamin Netanyahu və hadisənin qurbanları ilə görüşəcək. Bazar ertəsi o, İsrailin xarici işlər naziri Gideon Saar ilə də görüş keçirdikdən sonra Polşaya yola düşəcək.

Qeyd edək ki, mayın 21-də Vaşinqtonda yerləşən Yəhudi Muzeyinin yaxınlığında baş verən silahlı hücum nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həyatını itirib. Şəhərin polis rəisinin verdiyi məlumata görə, öldürülənlər bir kişi və bir qadın diplomat olub. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən naməlum şəxs atəş açıb. Hücum edən şəxs saxlanılıb və saxlanılarkən “Fələstinə azadlıq!” şüarını səsləndirib.

Məqalədə: #İsrail #ABŞ #terror aktı #Vaşinqton

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.