6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çində COVID-19 yenidən yüksəlişdədir

26 May 2025 11:36
Çində COVID-19 yenidən yüksəlişdədir

BAKI, AzerVoice

Çində COVID-19 yay mövsümündə artır, iyundan etibarən azalma gözlənilir

AzerVoice xəbər verir ki, Çində COVID-19 yoluxmalarının yaz aylarında mövsümi artımı müşahidə olunsa da, yeni dalğanın may ayında pik nöqtəyə çatacağı və iyun ayından etibarən azalmağa başlayacağı gözlənilir.

“The Paper” nəşrinin məlumatına görə, tanınmış yoluxucu xəstəliklər mütəxəssisi Conq Nanşan Quançjou şəhərində iştirak etdiyi tədbirdə bildirib ki, yaz aylarında ölkədə COVID-19 yoluxmaları artır və hazırkı artım mart-may aylarını əhatə edir. Onun sözlərinə görə, mayda pik nöqtəyə çatacaq yoluxmalar iyundan etibarən enməyə başlayacaq.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) mayın 8-də dərc etdiyi hesabatda da qeyd olunub ki, 31 mart–4 may tarixləri arasında COVID-19 aşkarlanma nisbəti 7,5 faizdən 16,2 faizə yüksəlib. Apreldə ölkə üzrə 168 508 nəfərə diaqnoz qoyulub və götürülən nümunələrin hamısında Omicron və onun XDV alt variantları müəyyən edilib.

Mütəxəssislər qeyd edirlər ki, hazırkı artım genişmiqyaslı epidemiyaya səbəb olacaq səviyyədə deyil. Lakin vətəndaşlara fərdi qoruyucu tədbirləri görmək, xüsusilə yaşlıların və xroniki xəstəlikləri olan şəxslərin simptomlarla xəstəxanaya müraciət etməsi tövsiyə olunur.

Qeyd edək ki, COVID-19 ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb və qısa müddətdə bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb olub. Qlobal miqyasda tətbiq edilən karantin və məhdudiyyətlər həm sosial həyata, həm də iqtisadiyyata ciddi təsir göstərib.

Məqalədə: #Çin #COVİD-19 #COVID-19 və antibiotik müqaviməti #COVID-19 yay mövsümü #2025-ci ildə COVID-19 #yoluxmaların pik nöqtəsi #COVID-19 simptomları #Çində son vəziyyət

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.