5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Mask üçün növbəti zərbə – Tesla-da kritik istefa

10 İyun 2025 09:24
Mask üçün növbəti zərbə – Tesla-da kritik istefa

BAKI, AzerVoice

Tesla-nın insanabənzər robot proqramının mühəndislik rəhbəri Milan Kovac vəzifəsindən istefa verdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Kovac istefasını şəxsi səbəblərlə – ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə izah edib, lakin bəzi mənbələr bunu İlon Mask və ABŞ Prezidenti Donald Tramp arasında son zamanlar artan gərginliklə əlaqələndirirlər.

Tesla-nın süni intellekt və robototexnika sahəsində aparıcı layihələrindən biri olan Optimus proqramına rəhbərlik edən Kovac, 9 illik fəaliyyətindən sonra ayrıldığını sosial media platforması X hesabında “Çox uzun müddətdir ki, evdən uzaqdayam və indi ailəmlə daha çox vaxt keçirməliyəm. Bu qərarım yalnız şəxsi səbəblərlə bağlıdır və başqa heç bir amillə əlaqəli deyil. İlon və komandaya dəstəyim davam edir.” -deyə bildirib.

Bununla belə, Bloomberg-ə danışan adı açıqlanmayan mənbə Kovacın istefasının, Mask və Tramp arasında sosial mediada yaşanan qarşılıqlı ittihamlar fonunda verildiyini iddia edib.

Qeyd edək ki, Kovac daha əvvəl Tesla-nın Autopilot layihəsində mühüm rol oynamış, 2022-ci ildən isə Optimus proqramına rəhbərlik etmişdi.

Bəzi texnologiya analitikləri Optimus layihəsinin hələlik gözləntiləri doğrultmadığını bildirirlər. Məlumata görə, təqdim olunan prototiplərdən biri uzaqdan idarə olunan olub, digəri isə redaktə edilmiş tanıtım videosu ilə nümayiş etdirilib. Bu isə layihəyə qarşı etimadsızlığa və sualların yaranmasına səbəb olub.

Futurism platformasına əsasən, Optimus hələ ki iqtisadi baxımdan səmərəli deyil və İlon Maskın investorlara verdiyi bəzi iddialı vədlərin reallıqla uyğun gəlmədiyi də iddia olunur.

Məqalədə: #ABŞ #Süni intellekt #Donald Tramp #İlon Mask #Tesla #Maskın hökumətlə əlaqəsi #Maskın siyasi təsiri #Tramp-Mask münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib

19:32
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.