9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya 2024-cü ildə rekord sayda əcnəbini vətəndaşlığa qəbul edib

Almaniyada vətəndaşlığa qəbul sayında tarixdə ilk dəfə rekord qeydə alınıb

10 İyun 2025 22:00
Almaniya 2024-cü ildə rekord sayda əcnəbini vətəndaşlığa qəbul edib

BAKI, AzerVoice

Almaniyada vətəndaşlığa qəbul sayında tarixdə ilk dəfə rekord qeydə alınıb.

AzerVoice xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) yaydığı məlumata görə, 2024-cü ildə ölkədə 291 955 nəfər vətəndaşlığa qəbul edilib.

Bu göstərici əvvəlki illə müqayisədə 91 min 860 nəfər çoxdur və 2000-ci ildən bəri aparılan rəsmi statistikada ən yüksək nəticədir.

Destatis-in məlumatına əsasən, vətəndaşlığa qəbul prosesindəki bu artım 2024-cü ildə qüvvəyə minən yeni Vətəndaşlıq Qanununun nəticəsi olaraq dəyərləndirilir. Həmin qanun iyunun 27-də qüvvəyə minib və əcnəbilərin Alman vətəndaşlığına keçməsini asanlaşdırıb.

2024-cü ildə vətəndaşlıq əldə edənlər arasında Suriyalılar 83 min 150 nəfərlə ilk sırada yer alıb. Onları 22 min 525 nəfərlə türklər, 13 min 545 nəfərlə iraqlılar, 12 min 980 nəfərlə ruslar və 10 min 085 nəfərlə əfqanlar izləyib.

Xüsusilə rus vətəndaşlarının vətəndaşlığa qəbulunda nəzərəçarpacaq artım müşahidə olunub — 2023-cü ildə bu göstərici cəmi 1 995 nəfər olduğu halda, 2024-cü ildə 12 min 980 nəfərə çatıb. Türkiyə vətəndaşları arasında da vətəndaşlıq alanların sayı iki dəfədən çox artıb.

Yeni qanunla vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddəti 8 ildən 5 ilə endirilib, müəyyən şərtləri ödəyənlər üçün bu müddət 3 ilə qədər azaldılıb. Bundan başqa, artıq Almaniya vətəndaşlığını əldə etmək üçün əvvəlki vətəndaşlıqdan imtina etməyə ehtiyac qalmayıb. Almaniyada doğulan uşaqlara isə valideynlərindən biri ölkədə 5 il qanuni yaşayıbsa, avtomatik vətəndaşlıq almaq hüququ tanınır.

Məqalədə: #Türkiyə #Almaniya #Almaniyada vətəndaşlıq #2024 Almaniya statistika #Vətəndaşlıq üçün yaşayış müddəti #Yeni Vətəndaşlıq Qanunu

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.