4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Haitidə daxili köçkünlərin sayı rekord həddə çatıb - BMT

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Haitidə dəstə zorakılığı səbəbindən daxili köçkünlərin sayının rekord səviyyəyə çatdığını bildirib.

11 İyun 2025 12:56
Haitidə daxili köçkünlərin sayı rekord həddə çatıb - BMT

BAKI, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Haitidə dəstə zorakılığı səbəbindən daxili köçkünlərin sayının rekord səviyyəyə çatdığını bildirib.

AzerVoice xəbər verir ki, BMqT-nin yaydığı yazılı açıqlamada 2024-cü ilin dekabrından bu yana ölkədə zorakı hadisələrdən qaçaraq didərgin düşənlərin sayında 24 faiz artım olduğu və bu rəqəmin 1,3 milyon nəfərə çatdığı qeyd olunub.

Təşkilatın baş direktoru Emi Pope bildirib ki, bu statistikanın arxasında ağır şəraitdə yaşayan insanlar dayanır. “Əksəriyyəti uşaqlar, analar və yaşlılardan ibarət olan bu insanlar dəfələrlə evlərini tərk etməyə məcbur olublar. Onların çoxu heç bir əşyasını götürə bilmədən təhlükəli və qeyri-sabit mühitə düşüblər. Təcili tədbirlər görülməlidir. Bu böhran yeni norma ola bilməz”. - deyə o bildirib.

Qeyd edək ki, illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə mübarizə aparan Haitidə 11 milyondan çox əhali aclıq təhlükəsi ilə qarşı-qarşıyadır.

Paytaxt Port-o-Prinsin 80 faizindən çoxuna silahlı dəstələrin nəzarət etdiyi ölkədə zorakılıq artmaqda davam edir. BMT-nin məlumatına görə, 2024-cü ildə bu cür hücumlar nəticəsində 5600-dən çox insan həyatını itirib.

Məqalədə: #BMT #Haiti #humanitar böhran #əhali böhranı #Haitidə silahlı dəstələrə qarşı mübarizə #Haiti zorakılıq hadisələri #Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat
Cəmiyyət

Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

2 Sentyabr 11:29
HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib
Yaxın Şərq

HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

31 Avqust 22:33

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.