13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail dayansa, biz də dayanacağıq - Arakçi

İranın xarici işlər naziri Abbas Arakçi Yaxın Şərqdə gərginliyin kritik nöqtəyə çatdığını bildirərək, İsrailin hücumları dayandıracağı təqdirdə, Tehranın da cavab əməliyyatlarını sona çatdırmağa hazır olduğunu bəyan edib.

16 İyun 2025 09:48
İsrail dayansa, biz də dayanacağıq - Arakçi

BAKI, AzerVoice

Əgər İsrail dayansa, biz də dayanacağıq.

AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi Yaxın Şərqdə gərginliyin kritik nöqtəyə çatdığını bildirərək, İsrailin hücumları dayandıracağı təqdirdə, Tehranın da cavab əməliyyatlarını sona çatdırmağa hazır olduğunu bəyan edib.

Tehranda keçirilən mətbuat konfransında çıxış edən Arakçi, İranın atdığı addımların “qanuni müdafiə çərçivəsində” olduğunu vurğulayıb və bölgədə diplomatik gərginliyin azaldılması üçün açıq mesaj verib. “Əgər İsrail geri çəkilərsə, biz də hərbi cavablarımızı dayandıracağıq.”- deyə o bildirib.

Nazir eyni zamanda İsrailin Cənubi Pars qaz yatağına yönəlik hücumlarını “təhlükəli strateji səhv” adlandırıb. “Bu kimi addımlar təkcə İranı deyil, bütün bölgəni münaqişəyə sürükləyir.” - deyə nazir qeyd edib.

“Vaşinqtonun bu prosesdə rol almadığını deməsi inandırıcı deyil. Əgər ABŞ həqiqətən sülh istəyirsə, İsrailin nüvə obyektlərimizə hücumlarını qınamalıdır.” - deyə Arakçi, ABŞ-ın İsrailin hücumlarına açıq dəstək vermədiyinə dair açıqlamalarına da sərt reaksiya göstərib.

Digər tərəfdən, İsrailin hücumları nəticəsində İran İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatının rəhbəri Məhəmməd Kazimi və iki generalın həlak olduğu bildirilib. Hücumlar zamanı İran XİN-in əlavə xidmət binası da zərər görüb. Son rəsmi məlumata görə, ölənlərin sayı 224-ə, yaralananların sayı isə 1277-yə çatıb.

Qeyd edək ki, İsrailin İrana qarşı iyunun 13-də başladığı hücumlar nəticəsində tərəflər arasında hərbi qarşıdurma gündən-günə dərinləşir. Beynəlxalq ictimaiyyət isə bölgədə silahlı toqquşmanın daha geniş müharibəyə çevrilməməsi üçün tərəfləri sülhə çağırır.

Məqalədə: #İsrail #İran #ABŞ #Abbas Arakçi #İsrail və İran gərginliyi #ABŞ-İran münasibətləri #ABŞ-İsrail əməkdaşlığı #İran İsrail münasibətləri #İsrail İran hücumu #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.