Avstriya və Yunanıstan ABŞ-İran danışıqlarında vasitəçiliyə qoşulur
ABŞ və İran arasında danışıqlarda yaranmış durğunluğu aradan qaldırmaq məqsədilə Avstriya və Yunanıstanın da diplomatik təmaslara cəlb edildiyi bildirilir. “The Washington Post”un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu həftə Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger və Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb və telefon danışığı aparıb. Bundan sonra hər iki nazir İranın xarici işlər naziri Abbas Arakçi ilə telefonla əlaqə saxlayıb.
ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran
İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-la danışıqların hazırda mümkün olmadığını açıqlayıb. O bildirib ki, Vaşinqtondan “müsbət və konstruktiv siqnallar” gəlmədiyi üçün Tehran masaya qayıtmaq niyyətində deyil. Arakçinin sözlərinə görə, yalnız ABŞ bərabər şərtlərlə danışıqlara hazır olsa, qarşılıqlı faydalı razılaşma əldə etmək mümkündür.
İran-Avropa Danışıqları - Cenevrədə Gərgin Görüş
Avqustun 26-da İsveçrənin Cenevrə şəhərində İran ilə Böyük Britaniya, Fransa və Almaniya arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə danışıqları keçiriləcək. İranı bu görüşdə xarici işlər nazirinin müavinləri Məcid Təhravançi və Kazem Qəribabadi təmsil edəcək. İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, danışıqlar 2015-ci il nüvə sazişinin gələcəyini və tərəflərin öhdəliklərini müzakirə etmək məqsədi daşıyır. Böyük Britaniya, Fransa və Almaniya, ABŞ-ın 2018-ci ildə sazişdən birtərəfli çıxmasından sonra İrana qarşı sanksiyaların bərpası ilə bağlı “snapback” mexanizmini işə salmaqla hədələyiblər. Bu bənd razılaşmanı pozduğuna görə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək. İran isə Avropa ölkələrinin sazişin prinsiplərini pozduğunu və bu mexanizmi işə salmaq hüquqlarının olmadığını bildirib. İran xarici işlər naziri Abbas Arakçi, Avropanın müqavilədəki rolunu itirdiyini və hüquqi əsas olmadan hərəkət etdiyini vurğulayıb.
İran İsraillə hər an yeni müharibəyə başlaya bilər - İranın hərbi müşaviri
İran lideri Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi universitet tələbələri qarşısında çıxış edərkən İsraillə İran arasında hər an yeni müharibənin başlaya biləcəyini bildirib. Səfəvi “Bizimlə İsrail və ABŞ arasında heç bir protokol yoxdur. Atəşkəs yoxdur. Hər an yeni müharibə başlaya bilər. Biz güclü və hazır olmalıyıq” - deyə bildirib. İranın xarici işlər naziri Abbas Erakçi isə müharibənin tezliklə baş verəcəyinə inanmadığını bildirib. O, silahlı qüvvələrin və hökumətin hər hansı gözlənilməz vəziyyətə tam hazır olmasının müharibənin qarşısının alınmasında əhəmiyyətli rol oynadığını qeyd edib.
İran naziri Səudiyyəyə təşəkkür etdi – Ciddədə diplomatik görüş
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş nazir Məhəmməd bin Salman, Ciddədə yerləşən Salam sarayında İranın xarici işlər naziri Abbas Əraqçi və müşayiət edən nümayəndə heyətini qəbul edib.
Fidan və Arakçi nüvə proqramı və regional məsələləri müzakirə edib
Nazir Hakan Fidan Rio-de-Janeyroda iranlı həmkarı ilə görüşüb.
İran MAQATE-nin fəaliyyətini rəsmi olaraq bloklayıb
İran prezidenti Məsud Pezeşkian parlamentin iyunun 25-də qəbul etdiyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı rəsmi olaraq dayandıran qanunu təsdiq edib.
İranın nüvə bombası beynəlxalq təhlükədir - İsrailli nazir
İsrailin xarici işlər naziri Gideon Saar 12 günlük müharibədən sonra İran üzərində “tarixi qələbə” elan edildiyini bildirib və İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının beynəlxalq ictimaiyyət üçün “qaçılmaz bir vəzifə” olduğunu deyib.
İran heç kimə hücum etməyib - Xamenei
Heç kimə hücum etməmişik, bizə edilən hücumu da qəbul etmərik.
İsraillə atəşkəs razılaşması əldə olunmayıb - Araqçi
"Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir razılaşma yoxdur", - deyə nazir bildirib.
Saar və Lammi ABŞ-ın İran zərbəsini müzakirə edib
İsrail və Britaniya XİN rəhbərləri ABŞ-ın İran hücumunu müzakirə etdilər
İranın raket taktikası İsrailin Dəmir Qübbəsini sıradan çıxarır
İsrail və İran arasında davam edən silahlı qarşıdurma fonunda İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminin effektivliyinin ciddi şəkildə azaldığı bildirilib.