5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran MAQATE-nin fəaliyyətini rəsmi olaraq bloklayıb

İran prezidenti Məsud Pezeşkian parlamentin iyunun 25-də qəbul etdiyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı rəsmi olaraq dayandıran qanunu təsdiq edib.

3 İyul 2025 10:57
İran MAQATE-nin fəaliyyətini rəsmi olaraq bloklayıb

BAKI, AzerVoice

Pezeşkian MAQATE-nin İran obyektlərinə çıxışını bloklayıb.

AzerVoice xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian parlamentin iyunun 25-də qəbul etdiyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı rəsmi olaraq dayandıran qanunu təsdiq edib.

Bu qərar qüvvəyə mindikdən sonra MAQATE müfəttişlərinin İrana girişi və ölkədəki nüvə obyektlərinə çıxışı tamamilə qadağan olunub.

Tehran bu addımı ABŞ və İsrailin İranın nüvə obyektlərinə son hücumlarını pisləmədiyi üçün atdığını bildirib. Qərara əsasən, artıq İran MAQATE-yə heç bir hesabat təqdim etməyəcək, müfəttişlər isə nəzarət və yoxlama fəaliyyətlərindən tamamilə kənarlaşdırılıb.

İranla MAQATE arasında gərginliyin artdığı bir vaxtda agentliyin rəhbəri Rafael Qrossinin ölkəyə daxil olması da qadağan edilib.

Xatırladaq ki, İsrailin xarici işlər naziri Gideon Saar bu addımı “İranın öz öhdəliklərindən yayınması” kimi qiymətləndirərək Avropa dövlətlərini BMT sanksiyalarını bərpa etməyə çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus da İranın MAQATE ilə əməkdaşlığı dayandırmasını “qəbuledilməz” adlandırıb.

İranın xarici işlər naziri Abbas Arakçi CBS News-a açıqlamasında bildirib ki, ABŞ-ın Fordo nüvə obyektinə hücumu ciddi struktur ziyanına səbəb olub. Pentagon isə hücumdan sonra verdiyi şərhdə İranın nüvə proqramının azı 1-2 il geriyə atıldığını iddia edib.

Qeyd edək ki, İranın zənginləşdirilmiş uran ehtiyatları 60 faiz həddinə çatmışdı və bu, beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olmuşdu. Tehran bu addımın suverenliyini qorumaq üçün atıldığını bəyan etsə də, qərar bölgədə onsuz da həssas olan gərginliyi daha da artırıb.

Məqalədə: #İsrail #İran #BMT #ABŞ #Məsud Pezeşkian #Abbas Arakçi #Uran zənginləşdirilməsi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #Rafael Qrossi #ABŞ-İran münasibətləri #ABŞ-İsrail əməkdaşlığı #İran İsrail münasibətləri #İran nümayəndə heyətinin Livana səfəri #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.