11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranın nüvə bombası beynəlxalq təhlükədir - İsrailli nazir

İsrailin xarici işlər naziri Gideon Saar 12 günlük müharibədən sonra İran üzərində “tarixi qələbə” elan edildiyini bildirib və İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının beynəlxalq ictimaiyyət üçün “qaçılmaz bir vəzifə” olduğunu deyib.

28 İyun 2025 12:21
İranın nüvə bombası beynəlxalq təhlükədir - İsrailli nazir

BAKI, AzerVoice

İranın nüvə bombası əldə etməsinə mane olmaq beynəlxalq ictimaiyyətin vəzifəsidir.

AzerVoice xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar 12 günlük müharibədən sonra İran üzərində “tarixi qələbə” elan edildiyini bildirib və İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının beynəlxalq ictimaiyyət üçün “qaçılmaz bir vəzifə” olduğunu deyib.

Nazir Hayfa şəhərində İranın raket hücumuna məruz qalan əraziyə baxış keçirərkən jurnalistlərə verdiyi açıqlamada, İran rejiminin İsraili hədəfə almaqda davam etdiyini və region üçün təhlükə yaratdığını vurğulayıb: “Dünyanın ən ekstremist rejiminin ən təhlükəli silaha sahib olması yolverilməzdir. Bu, yalnız İsrailin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir.”

Xatırladaq ki, Gideon Saar bu açıqlamanı İranın xarici işlər naziri Abbas Arakçinin MAQATE rəhbəri Rafael Qrossini “pis niyyətli” adlandırmasına cavab olaraq verib. İran parlamentinin BMT-yə bağlı nüvə agentliyi ilə əməkdaşlığı dayandıran qanun layihəsini qəbul etməsi isə vəziyyəti daha da gərginləşdirib.

Qeyd edək ki, İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən hücumların ardından İsrail baş naziri Benyamin Netanyahu çıxışında atəşkəsin əldə olunmasına baxmayaraq “İranın nüvə ambisiyalarını durdurduqlarını” bəyan etmişdi.

Məqalədə: #İran #Benyamin Netanyahu #nüvə enerjisi #nüvə proqramı #Abbas Arakçi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İran İsrail münasibətləri #İran İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.