9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rubio İranla bağlı üç ölkə ilə diplomatik təmas qurub

ABŞ dövlət katibi Marko Rubio Kanada, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İran başda olmaqla müxtəlif qlobal məsələləri müzakirə edib.

17 İyun 2025 11:42
Rubio İranla bağlı üç ölkə ilə diplomatik təmas qurub

BAKI, AzerVoice

ABŞ dövlət katibi Rubio İranla bağlı diplomatik səyləri müzakirə edib.

AzerVoice xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Kanada, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İran başda olmaqla müxtəlif qlobal məsələləri müzakirə edib.

Telefon danışığı formatında baş tutan görüşlərdə diplomatik əməkdaşlıq və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun verdiyi açıqlamaya görə, Rubionun kanadalı həmkarı Anita Anand ilə görüşündə ABŞ-Kanada münasibətlərinin əhəmiyyəti bir daha vurğulanıb və qlobal məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi zəruri sayılıb.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot ilə keçirilən telefon danışığında isə tərəflər Yaxın Şərqdəki son vəziyyəti və xüsusilə İranın nüvə fəaliyyətləri ilə bağlı narahatlıqları dəyərləndiriblər. Tərəflər İranın nüvə silahı istehsalının qarşısının alınması üçün diplomatik kanallardan istifadə edilməsinin vacibliyində razılaşıblar.

Rubionun britaniyalı həmkarı Devid Lammi ilə müzakirəsində də İran və İsrail arasında artan gərginlik ön plana çıxıb. İki ölkə arasında sıx əlaqələrin davam etdiriləcəyi və İranın nüvə silahı hazırlamasının diplomatik yollarla qarşısının alınmasına dair razılıq əldə edildiyi bildirilib.

Qeyd edək ki, İsrailin iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini və yüksək rütbəli hərbi rəhbərliyi hədəf alması ilə başlayan hücumlar nəticəsində İranın köhnə və yeni təyin olunan Baş Qərargah rəislləri, İnqilab Keşikçiləri Korpusunun rəhbəri və 9 nüvə alimi daxil olmaqla onlarla şəxs həlak olub. Mülki itkilərin sayı 224 nəfər olaraq açıqlanıb. İranın ballistik raketlərlə cavab zərbələri nəticəsində isə İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Bir çox ölkə, xüsusilə də Türkiyə, İsrailin bu hücumlarını qınayıb.

Məqalədə: #İran #ABŞ #Kanada #Fransa #Böyük Britaniya #Yaxın Şərq #Marko Rubio #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İsrailin İran hücum planı #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

20:51
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Digər Dövlətlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb

20:44
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Digər Dövlətlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb

20:28
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

19:50

Son Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.