10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Xameneinin sonu Səddam Hüseyn kimi olacaq - Katz

İsrailin müdafiə naziri Yisrael Katz İranın ali dini lideri Əli Xameneini repressiyalar və regional gərginliklər fonunda sərt şəkildə hədələyib.

17 İyun 2025 14:29
Xameneinin sonu Səddam Hüseyn kimi olacaq - Katz

BAKI, AzerVoice

İsrailin müdafiə naziri Xameneini Səddam Hüseynin aqibəti ilə hədələyib.

AzerVoice xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz İranın ali dini lideri Əli Xameneini repressiyalar və regional gərginliklər fonunda sərt şəkildə hədələyib.

Katz bildirib ki, Xameneinin sonu İraqın devrilmiş lideri Səddam Hüseynə bənzəyə bilər.

İsrail Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, Katz İranla bağlı vəziyyəti dəyərləndirmək üçün ölkənin yüksək rütbəli ordu rəhbərləri ilə görüş keçirib. Nazir, dövlət televiziyasında çıxışı zamanı İsrailin hava hücumlarını davam etdirəcəyini vurğulayıb.

“İranın qonşuluğundakı bir ölkədə (İraq) İsrailə qarşı eyni yolu seçən diktatorun sonunu xatırlamaq Xamneyi üçün faydalı olardı,” – deyə Katz qeyd edib.

Beynəlxalq media yazır ki, İsrailin Xameneiyə qarşı fiziki hücum planları olub, lakin bu planların qarşısı ABŞ prezidenti Donald Tramp tərəfindən alınıb. İsrail Baş naziri Binyamin Netanyahu da ABC-yə müsahibəsində Xameneinin hədəf alınmasının münaqişəyə son verə biləcəyini deyib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə və hərbi obyektlərə genişmiqyaslı hücumlara başlayıb. Hədəflər arasında İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və 9 nüvə alimi də olub. Ümumilikdə hücum nəticəsində 224 nəfərin həlak olduğu bildirilir.

İranın cavab zərbələrində 24 nəfərin öldüyü, 500-dən çox insanın isə yaralandığı açıqlanıb. Regionda gərginlik artırkən, başda Türkiyə olmaqla bir sıra ölkələr İsrailin hərəkətlərini pisləyib.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #İraq #Səddam Hüseyn #Ayətulla Seyid Əli Xamenei #İsrael Katz #İsrail-İran münaqişəsi #İran İsrail münasibətləri #İsrailin İran hücum planı

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.