5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hörmüz boğazı bağlanmamalıdır -Britaniya

Britaniyanın xarici işlər naziri David Lammy İranı Hörmüz boğazını bağlamamaq və danışıqlara qayıtmaq barədə xəbərdar edib.

23 İyun 2025 16:39
Hörmüz boğazı bağlanmamalıdır -Britaniya

BAKI, AzerVoice

Britaniyanın xarici işlər naziri David Lammy İranı Hörmüz boğazını bağlamamaq və danışıqlara qayıtmaq barədə xəbərdar edib.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri David Lammy BBC Radio 4-ə verdiyi açıqlamada ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarından sonra İran rəhbərliyinə çağırış etdiyini bildirib.

“ABŞ bazalarına atəş açmaq və ya Hörmüz boğazını bağlamaq çox böyük bir səhv olar” - deyə o bildirib.

Lammy əlavə edib ki, bölgədəki gərginliyin artdığı bir vaxtda İranın hərbi eskalasiyaya getmək əvəzinə danışıqlar masasına qayıtması daha doğru yanaşma olar. O, İranın xarici işlər naziri Abbas Ərakçiyə zəng edərək rəhbərliyə “nüvə proqramına ciddi yanaşmaq” mesajı göndərməyi də xahiş etdiyini bildirib.

Nazir qeyd edib ki, Qərb müttəfiqləri ABŞ-ın hava zərbələrinin nəticələrini qiymətləndirir və İranın hələ də zənginləşdirilmiş uran ehtiyatlarına malik ola biləcəyini istisna etmirlər. Bununla belə, Lammy hesab edir ki, ABŞ-ın hücumları İranın nüvə proqramını bir neçə il geriyə ata bilər.

“İran üçün hələ də çıxış yolu var”, – deyə nazir əlavə edib və İsveçrənin Cenevrə şəhərində İranla Fransa, Almaniya və Britaniya arasında keçirilən son danışıqların çətin keçdiyini bildirib. Lammy eyni zamanda danışıqlara ciddi yanaşmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə və hərbi obyektlərə hücumlar həyata keçirib. Hücumlar nəticəsində yüksək rütbəli komandirlər və 9 nüvə alimi də daxil olmaqla onlarla şəxs həlak olub. İran Səhiyyə Nazirliyi mülki itkilərin 430 nəfəri keçdiyini, 3500-dən çox insanın yaralandığını açıqlayıb. İsrail isə hücumlara cavab olaraq 24 iranlının öldüyünü, 1272 nəfərin isə yaralandığını bildirib.

Məqalədə: #İran #ABŞ #Böyük Britaniya #Devid Lemmi #İsrail və İran gərginliyi #İsrail-İran münaqişəsi #ABŞ-İran münasibətləri #Nüvə obyektlərinə hücum riski #Tehranın nüvə obyektləri #İsrail İran hücumu

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.