5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hörmüz boğazında təhlükə azalıb : Neft qiymətləri ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsindən sonra dünya bazarlarında neft qiymətləri kəskin şəkildə ucuzlaşıb, səhmlər isə artıb.

24 İyun 2025 10:06
Hörmüz boğazında təhlükə azalıb : Neft qiymətləri ucuzlaşıb

BAKI,AzerVoice

ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsindən sonra dünya bazarlarında neft qiymətləri kəskin şəkildə ucuzlaşıb, səhmlər isə artıb.

AzerVoice xəbər verir ki, Tramp atəşkəsin yaxın saatlarda qüvvəyə minəcəyini bildirib.

İranın xarici işlər naziri rəsmi atəşkəs razılaşmasının əldə olunmadığını desə də, Tehran İsrailin “təcavüzünü” dayandıracağı halda hücumlarını davam etdirməyəcəyini bəyan edib. İsrail tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Tramp bu atəşkəsi “12 günlük müharibənin sonu” kimi qiymətləndirib. Xatırladaq ki, bazar ertəsi İran Qətərdəki ABŞ hərbi bazasına zərbə endirib. Bu hücüm Vaşinqtonun əvvəlki günlərdə İranın nüvə obyektlərinə endirdiyi hava hücumlarına cavab idi.

Atəşkəslə bağlı xəbərlərdən sonra Hörmüz boğazının bağlanması təhlükəsi azaldığı üçün neftin qiyməti enib. Qeyd edək ki, dünya üzrə neft və qazın təxminən 20 faizi bu dar dəniz yolundan keçir.

Trampın açıqlaması qlobal fond bazarlarında da canlanma yaradıb. ABŞ-ın S&P 500 indeksinin fyuçersləri 0,58 faiz artaraq 6,112.00-ə, Dow Jones isə 0,51 faiz artaraq 43,118.00-ə çatıb.

Birləşmiş Ştatlar Dollar İndeksi 0,32 faiz azalaraq 98.10 səviyyəsinə düşüb. Eyni zamanda avro dollar qarşısında 0,25 faiz dəyər qazanıb, yen isə 0,48 faiz dəyər itirib.

Allianz Global Investors şirkətinin baş investisiya direktoru Qreq Hirt bildirib ki, dollar İran–İsrail münaqişəsi fonunda qısamüddətli yüksəliş yaşasa da, ABŞ-ın əkiz büdcə və ticarət kəsiri kimi struktur problemləri və Tramp administrasiyasının qeyri-sabit tarif siyasəti dolların dəyərinə mənfi təsir göstərməkdə davam edir.

Məqalədə: #İsrail #İran #ABŞ #Tel-Əviv #Qətər #Tehran #Vaşinqton #İran-İsrail gərginliyi #İsrail İran hücumu 2025 #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.