7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Serbiyada etiraz aksiyaları keçirilir

Serbiyanın paytaxtı Belqradın Slaviya meydanında minlərlə insanın iştirakı ilə genişmiqyaslı müxalifət etiraz aksiyası keçirilir.

28 İyun 2025 20:46
Serbiyada etiraz aksiyaları keçirilir

BAKI, AzerVoice

Serbiyanın paytaxtı Belqradın Slaviya meydanında minlərlə insanın iştirakı ilə genişmiqyaslı müxalifət etiraz aksiyası keçirilir.

AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, aksiyanın əsas iştirakçıları tələbələrdir.

Etirazçılar mitinqdən təxminən 40 dəqiqə əvvəl meydana toplaşıb. Onlar Serbiya bayraqları və universitet fakültələrinin simvolları ilə çıxış edirlər. Nümayişçilər fit və vuvuzelalardan istifadə edirlər. Meydanda tələbələr arasından natiqlərin çıxış edəcəyi səhnə qurulub. Aksiyaya dəstək olaraq yüzlərlə motosikletçidən ibarət kolonna da meydana gəlib.

Mitinq başladıqda meydanda ab-hava canlı, lakin sakit olub. Ərazidə hüquq-mühafizə orqanlarının geniş iştirakı müşahidə olunmur. Yalnız yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkətini tənzimləyən və avtomobillərin yürüş zonasına daxil olmasının qarşısını alan polis qrupları var. Ətraf küçələr bağlanıb.

Qeyd edək ki, tələbə etirazçılar artıq yeddi aydır ki, ali təhsil müəssisələrinin fəaliyyətini bloklayırlar. Onlar hakimiyyətdən növbədənkənar parlament seçkilərinin tarixini elan etməyi və Serbiya prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının parlament binası qarşısında qurduğu düşərgənin ləğv edilməsini tələb edirlər. Aksiyanın təşkilatçıları bildirib ki, ultimatum saat 21:00-da (Bakı vaxtı ilə 23:00) başa çatır və bu vaxta qədər tələblər yerinə yetirilməzsə, onlar vətəndaş itaətsizliyi tədbirlərinə əl atmağa hazırdırlar.

Serbiya Prezidenti Aleksandar Vuçiç daha əvvəl bəyan etmişdi ki, etirazlar ölkənin təhsil sisteminə və daxili sabitliyinə ciddi zərər vurub və onların xaricdən idarə olunduğunu iddia etmişdi. O, həmçinin iyunun 28-də axşam saatlarında etirazçılar tərəfindən zorakılıq aktlarının baş verə biləcəyini bildirmiş, lakin dövlət orqanlarının vətəndaşların təhlükəsizliyini təmin etməyə hazır olduğunu vurğulamışdı.

Məlumat üçün bildirək ki, 28 iyun Serbiyada əsas milli bayramlardan biri olan Vidovdan kimi qeyd olunur. Bu gün 1389-cu ildə Kosova düzündə Osmanlı imperiyasının Avropaya irəliləməsi yarım əsrlik müddətə dayandırılıb. Vidovdan serb milli kimliyi və tarixi yaddaşında xüsusi yer tutur və tez-tez siyasi aksiyaların fonuna çevrilir.

Məqalədə: #Serbiya #Aleksandr Vuçiç #Etiraz aksiyası

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

20:30
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Digər Dövlətlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

5 Sentyabr 18:38
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Digər Dövlətlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

28 Avqust 19:14

Son Xəbərlər

Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.