7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Serbiya Prezidenti bugün ölkədəki etirazlarla bağlı xalqa müraciət edəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqrad şəhərində baş verən iğtişaşların fonunda bu gün yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) xalqa müraciət edəcək.

29 İyun 2025 12:49
Serbiya Prezidenti bugün ölkədəki etirazlarla bağlı xalqa müraciət edəcək

BAKI, AzerVoice

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqrad şəhərində baş verən iğtişaşların fonunda bu gün yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) xalqa müraciət edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Serbiya KİV məlumat yayıb.

Qeyd edək ki, Serbiyada kütləvi etiraz aksiyaları 2023-cü ilin noyabr ayından bəri davam edir. Etirazların başlanmasına Novi Sad şəhərində dəmiryolu vağzalında beton tavanın uçması səbəb olub. Etirazçılar bu faciənin səbəbini korrupsiyada görür və erkən seçkilərin keçirilməsini tələb edirlər.

Dünən axşam Belqradın mərkəzində yerləşən Slaviya meydanında keçirilən mitinqdən sonra etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Serbiya polis rəisi Draqan Vasilyeviçin sözlərinə görə, altı polis əməkdaşı xəsarət alıb. Həmin gün şəhərdə iki ayrı mitinq keçirilib. Slaviya meydanındakı aksiyadan sonra etirazçılar Pioner parkı və Parlament binası yaxınlığında toplaşan Vuçiç tərəfdarlarına doğru irəliləyiblər. Nəticədə qarşıdurma baş verib və təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçı saxlanılıb.

Vuçiç baş verənlərdə “Qərb təlimatçılarını” ittiham edərək, Serbiyada rəngli inqilab təşkil etməyə cəhd göstərildiyini bildirib.

“Nəticədə Serbiya hər zaman qalib gəlir. Onlar Serbiyanı məhv etmək istədilər, amma heç nəyə nail ola bilmədilər. Yaşasın Serbiya!” — deyə, Vuçiç dünən axşam "Instagram" sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib.

Məqalədə: #Serbiya #Aleksandr Vuçiç #Etiraz aksiyası

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

20:30
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Digər Dövlətlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

5 Sentyabr 18:38
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Digər Dövlətlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

28 Avqust 19:14

Son Xəbərlər

Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.