4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistanda bayram zamanı izdihamda üç nəfər ölüb

Hindistanın Odişa ştatında yerləşən Puri şəhərində keçirilən ənənəvi Caqannath Rath Yatra hindu bayramı zamanı baş verən izdiham faciəyə səbəb olub.

29 İyun 2025 16:06
Hindistanda bayram zamanı izdihamda üç nəfər ölüb

BAKI, AzerVoice

Hindistanın Odişa ştatında yerləşən Puri şəhərində keçirilən ənənəvi Caqannath Rath Yatra hindu bayramı zamanı baş verən izdiham faciəyə səbəb olub.

AzerVoice xəbər verir ki, bu barədə "Hindustan Times" qəzetinin məlumat verib.

Məlumata görə, hadisə nəticəsində azı üç nəfər ölüb, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.

İzdiham, bayram mərasimlərinin başlamağını gözləyən təxminən 1 500 zəvvarın Caqannath məbədi yaxınlığında toplandığı vaxt baş verib. Həmin anda dini ayinlərdə istifadə olunacaq odun daşıyan iki yük maşını əraziyə daxil olub. Bu, izdihamın çaxnaşmasına səbəb olub, insanlar geriyə çəkilməyə başlayıb, yerə yıxılanlar olub və nəticədə ciddi sıxlıq yaranıb.

Hadisənin şahidlərinin sözlərinə görə, ərazidə insanların hərəkətinə dair aydın təşkilati plan olmayıb, giriş və çıxış yolları ayrıca müəyyən edilməyib. Yük maşınlarının hərəkətinə də nəzarət olunmayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb, Puri şəhərinin polis idarəsinin iki yüksək rütbəli əməkdaşı vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. Yaralıların bəzilərinin vəziyyətinin kritik olduğu bildirilib.

Məqalədə: #Hindistan

Mövzu üzrə digər xəbərlər

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Qırğızıstan

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 09:22
Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi
Digər Dövlətlər

Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

31 Avqust 18:23
ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian
İran

ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

31 Avqust 18:17
İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb
İran

İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

26 Avqust 20:28

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.