6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

"TikTok" üçün alıcımız var - Tramp

ABŞ Prezidenti Donald Tramp, "TikTok" platformasının Çin şirkəti "ByteDance"dən alınması ilə bağlı yeni açıqlama verib.

29 İyun 2025 20:51
"TikTok" üçün alıcımız var - Tramp

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, "TikTok" platformasının Çin şirkəti "ByteDance"dən alınması ilə bağlı yeni açıqlama verib.

AzerVoice xəbər verir ki, bu barədə Tramp "Fox News"a müsahibəsində danışıb.

O qeyd edib ki, “çox varlı şəxslərdən ibarət bir qrup” bu platformanı almağa hazırdır.

“Bu arada, bizim TikTok üçün bir alıcımız var. Onlar çox, çox zəngin insanlardır. Məncə, bu alqı-satqı üçün Çinin də razılığı lazım ola bilər. Sədr Si Cinpin, yəqin ki, buna razılıq verəcək” - deyə, Tramp bildirib.

O, bu investorların adlarını təxminən iki həftə ərzində açıqlaya biləcəyini əlavə edib.

Trampın bu açıqlamaları ABŞ-ın "TikTok"u qadağan etmə prosesi ilə eyni vaxta təsadüf edir. O, iyunun 19-da platformanın ABŞ-da qadağan edilməsinin sentyabrın 17-ə qədər təxirə salındığını açıqlamışdı.

Xatırladaq ki, Tramp yanvarın 20-dəki inauqurasiyasından sonra "TikTok"un bloklanması ilə bağlı imzaladığı sərəncamda bu qərarın ən azı 75 günə təxirə salındığını bəyan etmişdi. O həmçinin bildirmişdi ki, ABŞ "TikTok"un “yarısına sahib olmaq” hüququna malik olmalıdır, lakin bu fikrini necə nəzərdə tutduğunu izah etməmişdi.

TikTok məsələsi ABŞ və Çin arasında texnoloji sahədə artan gərginliyin növbəti nümunəsidir. Çin səfirliyinin mətbuat katibi Le Penuy bu vəziyyəti “qəsbə bənzər” bir hal kimi dəyərləndirmişdi.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #TikTok

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.