7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Starlink istifadəçilərinə qarşı cəza tətbiq edir

İran parlamenti İsrail və digər “düşmən” ölkələrlə əməkdaşlıq və Starlink kimi icazəsiz internet sistemlərindən istifadə ilə bağlı sərt cəzalar nəzərdə tutan yeni qanunu qəbul edib.

30 İyun 2025 14:32
İran Starlink istifadəçilərinə qarşı cəza tətbiq edir

BAKI, AzerVoice

İran Starlink istifadəçilərinə qarşı sərt tədbirlər görür.

AzerVoice xəbər verir ki, İran parlamenti İsrail və digər “düşmən” ölkələrlə əməkdaşlıq və Starlink kimi icazəsiz internet sistemlərindən istifadə ilə bağlı sərt cəzalar nəzərdə tutan yeni qanunu qəbul edib.

9 maddədən ibarət qanuna əsasən, Elon Musk-ın Starlink peyklərinə qoşulan istifadəçilər 6 aydan 10 ilə qədər həbs cəzası ilə üzləşə bilərlər. Starlink cihazlarını almaq, satmaq, istifadə etmək və ya başqasına təqdim etmək qadağan olunub.

Qanun həmçinin bildirir ki, bu cihazlardan 10 və ya daha çox istifadə edənlər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.

Yeni qanun İsrail, ABŞ və digər xarici qüvvələr adına həyata keçirilən casusluq fəaliyyətlərini “yer üzündə təxribat” cinayəti kimi qiymətləndirir.

Xarici mediaya məlumat ötürənlərə də sərt cəza verilir: ictimaiyyət arasında qorxu və çaxnaşma yarada biləcək və ya milli təhlükəsizliyi pozacaq şəkil və məzmun paylaşanlar 2 ildən 5 ilə qədər həbs və ömürlük dövlət vəzifəsində işləmə qadağası alacaqlar.

Qanun müharibə və ya fövqəladə hal şəraitində bu cəzaların üç qat artırılmasını da nəzərdə tutur.

Qeyd edək ki, qanunun geriyə tətbiqi də mümkündür: qanun qüvvəyə minməmişdən əvvəl bu cür cinayətləri törədənlər və 3 gün ərzində özlərini hüquq-mühafizə orqanlarına bildirməyənlər də məsuliyyətə cəlb olunacaqlar.

Məqalədə: #İsrail #İran #ABŞ #İlon Mask #təhlükəsizlik #Starlink peyk internet sistemi #Təhlükəsizlik tədbirləri #Starlink #həbs cəzası

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.